
14 iyun tarixində ənənəvi Son zəng tədbiri keçirildi. Tədbirimiz Müsətqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra Dövlət Himninin səslənməsi ilə başladı. Tədbirdə Laçın vətən müharibəsində iştirak etmiş və eləcə də valideyn assosiasiyasının üzvləri olan Polkovnik-leytenant Əliyev Ramin Rizvan oğlu və Mayor Ağayev Yalçın Rasim oğlu, Laçın Rayon Təhsil sektorunun əməkdaşı Şəmil Cəlilov, uzun illər kollektivimizdə çalışmış qocaman müəllimlərimiz, çalışmanın yaş həddinə çatdıqları üçün aramızdan ayrılan dəyərli həmkarlarımız Abuzər Abuzərov, Eynulla Axundov, Mirzəyeva Gilə, Yeni Azərbaycan Partiyası Laçın Rayon Təşkilatının əməkdaşı Şamo Quliyev, 552-saylı qəsəbə icra nümayəndəliyinin əməkdaşə Vəli Həsənzadə fəxri qonaq qismində iştirak etmişdir. Tədbirdə şagirdlərin ifasında müxtəlif rəqslər , musiqi nömrələri təqdim olundu. Nəhayət, son zəng çalındı.
Yolunuz açıq olsun, əziz məzunlar!!!