• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Tarix bərpa edilir: Xankəndi Pedoqoji İnstitutu necə yaradılmışdı..

Cəmiyyət

29-11-2023, 11:32

Tarix bərpa edilir: Xankəndi Pedoqoji İnstitutu necə yaradılmışdı..
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Xankəndidə Qarabağ Universiteti yaradılacaq. Universitetin yaradılmasında məqsəd regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılmasıdır.



Qarabağ regionunda ali təhsil ənənəsi tarixən mövcud olub. Burada ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulub, 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərib, ərazilərimizin işğalı dövründə isə fəaliyyətini dayandırıb.



Xankəndi Pedaqoji İnstitutu hansı şəraitdə yaradılmışdı?



İnstitutun yaradılması tarixinə səyahət edib.



1921-ci ildə Bakıda ilk Azərbaycan Dövlət Pedaqoji Kişi İnstitutu təsis edildikdən sonra Azərbaycanın pedaqoji kadrlara olan ehtiyacını ödəmək üçün daha bir pedoqoji yönümlü ali təhsil ocağının yaradılması planlaşdırılırdı. 1968-1969-cu tədris ilində Azərbaycan Pedaqoji İnstitutunun Xankəndi filialı yaradıldı. Azərbaycan SSR Nazirlər Soveti tərəfindən 28 noyabr 1973-cü ildə bu şəhərdə Pedaqoji İnstitutun yaradılması haqqında Nazirlər Sovetinin sədri Ə.İbrahimov və Nazirlər Sovetinin İşlər müdiri C.Tatlıyevin imzası ilə 377 saylı qərar qəbul edilib:



Həmin qərarda qeyd edilirdi:



1. Respublikanın Dağlıq Qarabağ Muxtar Vilayətini və respublikanın ona yaxın rayonlarını ixtisaslı müəllim kadrları ilə təmin etmək məqsədilə Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinə vəzifə olaraq tapşırılsın:

a) V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun filialı əsasında Xankəndi Pedaqoji İnstitutu təşkil etsin və burada tələbələrin təlimi rus, Azərbaycan və erməni dillərində aparılsın;

b) yeni açılan institutda normal təlim prosesinin aparılmasını təmin edən lazımi tədbirlər görsün.
Tarix bərpa edilir: Xankəndi Pedoqoji İnstitutu necə yaradılmışdı..
Xankəndidə Pedaqoji İnstitutun yaradılması haqqında Azərbaycan SSR Nazirlər Sovetinin qəbul etdiyi həmin qərarın layihəsi 1973-cü il noyabrın 19-da Azərbaycan KP MK Bürosunda Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin iştirakı ilə keçirilmiş iclasında baxılıb və layihə bəyənilib.Beləliklə, 1969-cu tədris ilində yaradılmış Azərbaycan Pedaqoji İnstitutunun Xankəndi filialı artıq 1973-cü ildən etibarən filial kimi deyil, müstəqil ali təhsil ocağı kimi fəaliyyət göstərməyə başlayıb. İşğala qədər həmin institutda Azərbaycan və erməni sektoru fəaliyyət göstərirdi. İnstitut təşkil edilərkən burada üç dildə - Azərbaycan, rus və erməni dillərində ali pedaqoji təhsilli kadr hazırlığına başlanılıb.



Lakin fəaliyyətə başlamasından 19 il keçdikdən sonra daşnaklar tərəfindən Xankəndi şəhərində törədilən məlum özbaşınalıq və qanunsuzluqların ilk zərbələrindən biri məhz bu ali təhsil ocağının kollektivinə dəyib. 1988-ci il mayın 16-da institutun Azərbaycan bölməsinin müəllim və tələbələri fiziki və mənəvi təzyiqlər altında Xankəndi şəhərini tərk etməyə məcbur oldular. Bununla da, Xankəndi Pedaqoji İnstitutu özünün köçkünlük həyatını yaşamağa başladı.



1973-cü ildə Xankəndi Pedaqoji İnstitutunun yaranması haqqında qərarı Azərbaycanın Nazirlər Soveti verdiyi halda, SSRİ Nazirlər Sovetinin sədri Nikolay Rıjkov tərəfindən 1988-ci ilin oktyabr ayında Xankəndi Pedaqoji İnstitutunun iki il müddətinə bağlanması haqqında qərar imzalandı. Həmin qərarda institutun Azərbaycan şöbəsinin Gəncəyə, erməni şöbəsinin isə Ermənistanın rayonlarına köçürülməsi bildirilirdi. Ermənilərin əsas məqsədi Xankəndi şəhərindən azərbaycanlıları, institutun azərbaycanlı kollektivini uzaqlaşdırmaq idi ki, buna da nail ola bildilər. Beləliklə,1988-ci ilin noyabr ayından Xankəndi Pedaqoji İnstitutu fəaliyyətini Gəncə şəhərində davam etdirdi. Ermənilər nail olduqları qərarın özlərinə aid olan bəndlərinə əməl etməyərək təhsillərini Xankəndi şəhərində davam etdirdilər.



Gəncədə birillik fəaliyyətdən sonra institutun müəllim və tələbələri respublika rəhbərliyi və müvafiq qurumları qarşısında Xankəndi Pedaqoji İnstitutunun Qarabağ ərazisində, Şuşada fəaliyyətini davam etdirməsi ilə bağlı təşəbbüs qaldırdılar. Həmin təklif qəbul olunaraq institutun Şuşa şəhərində fəaliyyət göstərməsinə razılıq verildi. İnstitut üçün Şuşada yer ayrıldı, onun maddi-texniki bazasının yaradılmasına Nazirlər Soveti tərəfindən lazım olan vəsaitin ayrılması haqqında qərar verildi.



Lakin bu məsələdə müvafiq qurumlar tərəfindən növbəti bir yanlışlığa yol verildi. Həmin institut Şuşada Xankəndi Pedaqoji İnstitutu kimi deyil, Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun Şuşa filialı kimi fəalliyyət göstərməyə başladı. Bununla da Xankəndi Pedaqoji İnstitutunun adının üstündən sanki xətt çəkildi, Azərbaycan tərəfi rəsmi olaraq bu təhsil ocağını ləğv etdi. Ermənilər Xankəndi Pedaqoji İnstitutunun adını dəyişib, Artsax Dövlət Universiteti qoyduğu halda, bizim müvafiq təşkilatlar müstəqil institutu filiala çevirib, Xankəndi sözünü onun qarşısından götürdülər.


Xankəndi Pedaqoji İnstitutu enişli-yoxuşlu yollar keçmiş, hətta filiala çevrildikdən sonra da Şuşada fəaliyyəti mümkünsüz olub. Şuşanın işğalından sonra növbəti məkanda, Ağcabədidə fəaliyyət göstərib.

Oxunub: 307
Paylaş:
Digər xəbərlər

Gündəm

31-01-2023, 15:28

13 mömrəli tam orta Məktəbdə pedaqoji şuranın növbəti iclası keçirildi

Cəmiyyət

31-07-2023, 10:53

Müdir olmaq istəyənlər üçün sənəd qəbulu başlayır

Şou Biznes
Gənc müğənni İnci Mütəllimzadənin yeni klipi işıq üzü gördü
Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlər
Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
Mədəniyyət
Bugün, 09:58
Azərbaycanlı rejissorun filminin Almaniyada təqdimatı olub
25-10-2026, 12:14
Leyla Əliyeva 98 il sonrakı tarixi gecədə - FOTOLAR
18-09-2026, 09:22
Bu gün Milli Musiqi Günüdür
16-09-2026, 15:43
Füzuli və Xankəndidəki incəsənət məktəbləri Nazirliyin tabeliyinə verildi
14-09-2026, 09:14
Azərbaycan mədəniyyəti İsveçrədə təqdim olunur
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
Hadisə
Bugün, 10:08
Rus polkovnikin avtomobili partladıldı
6-11-2026, 09:51
Fatmayıda evdə partlayış, 2 nəfər yaralandı - Foto
28-10-2026, 11:06
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
Son xəbərlər
  • Bugün, 16:52
    Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Bakı şəhəri, Binəqədi rayonunun Novxanı bağlar massivində keçirilmişdir. 12.11.2026
  • Bugün, 12:45
    Nuranə Abdullayevadan Qaradağ rayonunun icra başçısına müraciət: Səngəçalda yağış yağanda evləri su basır
  • Bugün, 11:45
    Gələn il mediaya 68,4 milyon manat ayrılacaq
  • Bugün, 11:43
    Şəhriyar Məmmədyarov erməni şahmatçıya qalib gələ bilmədi
  • Bugün, 10:42
    Teymur Musayev Baş nazirin müavini kimi ilk çıxışını edib
  • Bugün, 10:08
    Rus polkovnikin avtomobili partladıldı
  • Bugün, 10:05
    Azərbaycanda işləyənlərin orta aylıq maaşı açıqlandı
  • Bugün, 09:58
    Azərbaycanlı rejissorun filminin Almaniyada təqdimatı olub
  • Bugün, 09:51
    Avropanın 50 lideri Dublində toplaşır
  • Bugün, 09:24
    Bu gün Millətlər Liqasında V tur başlayır - TƏQVİM
  • Bugün, 09:19
    General Natiq Əliyevin qızı saxlanıldı
  • Bugün, 09:14
    Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
  • Bugün, 09:12
    Putin KTMT sammitində Ukrayna məsələsini müzakirə edib
  • Bugün, 09:03
    İran ABŞ-ni xəbərdar etdi: “Avropadakı hərbi bazalarınız da hədəf olacaq”
  • Bugün, 09:00
    Konstitusiya Günü: hüquqi ənənələr və gələcəyə baxış
  • Bugün, 08:56
    Bakının bu yollarında tıxac var
  • Bugün, 08:46
    Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib
  • Bugün, 04:04
    Kanal15.tv saytının təsisçisi və baş redaktoru Nuranə Abdullayevadan Natiq Əliyevə təşəkkür
  • Dün, 10:28
    Əliyev-Paşinyan görüşündə nələr müzakirə olunacaq? - AÇIQLAMA
  • Dün, 10:26
    9 gün iş olmayacaq - Tarixlər açıqlandı
  • Dün, 09:50
    Qəzza əməliyyatlarından Knesset sədrliyinə - Matan Kahana kimdir?
  • Dün, 09:47
    ADY yükdaşımanı 13 % artırıb
  • Dün, 09:41
    “Azeri Light” ucuzlaşdı
  • Dün, 09:38
    Zəngəzur dəhlizi üçün tarix açıqlandı: 2028-ci ildə Naxçıvana quru yol açılır?
  • Dün, 09:37
    Avro ucuzlaşdı, rubl bahalaşdı - Dollar isə...
  • Dün, 09:32
    10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
  • Dün, 09:29
    Ukrayna Rusiyanın ən böyük neft terminalını vurdu
  • Dün, 09:16
    24 saat fasiləsiz uçaraq Rekordlar Kitabına düşdü
  • Dün, 09:12
    Paşinyan Putini saymadı: Moskvaya getmədi - İrəvan cəzalandırılacaq?
  • Dün, 09:02
    Pezeşkian Türkiyəyə gedir
  • Dün, 09:00
    İsraildə yeni parlament fəaliyyətə başladı
  • Dün, 08:57
    Paşinyan Türkiyəyə getdi
  • Dün, 08:55
    Paytaxtda 15 istiqamətdə tıxac var
  • Dün, 01:33
    İDDİA: Qazi Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı və Qaçqınkom tərəfindən haqsızlığa məruz qaldığını bildirir!
  • 10-11-2026, 11:19
    Bərdədə təhsil idarəsi ətrafında qalmaqallı iddia: Rəhbərə avtomobil hədiyyə edildiyi bildirilir
Daha çox
6-11-2026, 15:22
Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçlğı ilə “8 Noyabr - Zəfər Günü ilə bağlı ağacəkmə aksiyası keçirilmişdir. 06.11.2026
Dün, 01:33
İDDİA: Qazi Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı və Qaçqınkom tərəfindən haqsızlığa məruz qaldığını bildirir!
5-11-2026, 20:57
Şəhid övladının işlə təmin olunması ilə bağlı şikayət: Qarabağ Regional Təhsil İdarəsinin rəhbərliyindən araşdırma tələb olunur
6-11-2026, 14:24
Qəbələdə vətəndaşlarla görüş keçirilib müraciətlər dinlənilib
7-11-2026, 18:11
"General-mayor" rütbəsi alan zabitlər kimdir?
6-11-2026, 22:53
Zəfər Gününə həsr olunmuş karate turnirində şagirdlərimiz uğur qazanıblar
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə