Azərbaycanın Milli Qəhramanı Sərdar Mədət oğlu Səfərovun anım günüdür. Allah rəhmət eləsin. Ruhun qarşısında baş əyirik Şəhidim.
Sərdar Mədət oğlu Səfərov 12 avqust 1960-cı ildə Kəlbəcər rayonunda anadan olmuşdur. 1977-ci ildə burada məktəbi bitirmiş və kolxozda işləmişdir. 1979— 1981-ci illərdə hərbi xidmətdə olmuşdur. 1987-ci ildə SSRİ-nin Kaunas Xüsusi Milis Məktəbini bitirir. 1991-ci ildə Vətənə dönür və Qusar rayonunda sahə müvəkkili işləməyə başlayır.
1991-ci il #25sentyabr erməni terrorçuları Əsgəran rayonu ərazisində «QAZ-53» markalı sərnişin avtomobilinə hücum etmişdilər. Buraya göndərilən istintaq qrupunun müstəntiqi Sərdar Səfərov idi. Hadisə yerindən qayıdan istintaq qrupu Xankəndi yaxınlığında erməni yaraqlılarının hücumuna məruz qaldılar. Sərdar yoldaşlarını xilas edərək qəhrəmancasına həlak oldu.
Ailəli idi, ölümündən üç ay sonra bir qızı dünyaya gəlmişdi.
Sərdar Mədəd oğlu Səfərov ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülmüşdür.
Kəlbəcər rayonunda dəfn edilmişdir.
Ruhun şad olsun Şəhidim qəhraman oğullarımız tərəfindən uğurunda canını verdiyin torpaqlarımız və uyuduğun məzarın azad edilib. İndi azad Kəlbəcərimizə ruhun keşik çəkir.