Xebernur.com Türkiyə mediasna istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda ukraynalı həmkarı Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
“Ümid edirəm ki, iyulun 17-dən sonra “Taxıl sazişi”nin müddəti yenidən uzadılacaq. Ən azı üç ay uzadılacağını gözləyirik, lakin iki il uzadılmasının tərəfdarıyıq. Biz sazişin iki il müddətinə uzadılmasına çalışacağıq”,- deyə Ərdoğan bildirib.