• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

"Bəzi insanlara iş verirsən işləmək istəmirlər, tənbəllik edirlər" - Deputat

Gündəm

23-08-2022, 07:22

"Bəzi insanlara iş verirsən işləmək istəmirlər, tənbəllik edirlər" - Deputat"İndi zəhmətkeş insanlar, günün altında işləməyi bacaran insanlar, işdən qorxmayan insanlar daha yaxşı yaşayırlar".

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov dünyada və ölkəmizdə özünü göstərən qiymət artımları ilə bağlı danışarkən deyib.
Millət vəkilinin sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi ərzaq təhlükəsizliyi məsələsini bir qədər də qəlizləşdirib:

"Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının tərkib hissəsidir. Dünya bankı, Beynəlxalq Valyuta Fondu və digər maliyyə qurumlarının son hesabatlarına baxsanız, qarşıda dünya iqtisadiyyatını repressiyaların gözlədiyini anlamaq olar. Bu artıq gələcəkdə dünya iqtisadiyyatında böhranın olması anlamındadır və iqtisadi artımın kəskin aşağı düşməsi kimi xarakterizə olunur. Belə olan vəziyyətdə dünya ölkələrində xüsusilə, inkişaf etmiş ölkələrdə inflyasiya tempinin artdığının şahidi oluruq.

Deputat unun qiymətinin qalxmasına da münasibət bildirib:

"Bəzən deyirlər ki, unun qiyməti qalxdı, un məhsullarının qiyməti qalxdı. Gəlin məsələyə obyektiv yanaşaq. Əvvəla, ərzaq təhlükəsizliyi məsələsi yeni hadisə deyil, bu problem onsuzda var idi. Məsələnin qəlizliyi ondadır ki, Rusiya-Ukrayna müharibəsi bu məsələni bir qədər də qəlizləşdirdi, mürəkkəbləşdirdi. Rusiya dünyanın bir nömrəli buğda ixracatçısıdırsa, Ukrayna bu sırada 5-ci yerdədir. Təsəvvür edin ki, dünyanın bir nömrəli buğda ixracatçısı ilə beşinci yerdə dayanan ölkə arasında müharibə gedir. Bu da təbii qıtlığa gətirib çıxardır”.
Deputat bildirib ki, ət, süd və digər bu kimi məhsulların əksər hissəsini özümüz istehsal etsək də, dünya bazarındakı qiymət artımı bizim bazarlara da təsir edir: "Bu gün ət məhsullarının 90 faizini özümüz istehsal edirik. Azərbaycan 85 faiz süd məhsulları istehsal edir. 80 faiz quş əti istehsal edirik. Biz gələcəkdə bunu 100 faizə çatdırmalıyıq. Demək, biz çatmayan rəqəmləri, məsələn, ətin 10 faizini xaricdən almalıyıq. Biz süd məhsullarının 15 faizini xaricdən almalıyıq, quş ətinin 20 faizini almalıyıq. Yəni bunların da dünya bazarında qiymətləri qalxıb. Bizim bazarımıza da təsirsiz ötüşmür və qiymətlərin artmasını şərtləndirir”.

Deputat qiymət artımları fonunda vətəndaşların üzərinə düşən vəzifələrdən də danışıb. O, qeyd edib ki, ailəni saxlamaq üçün zəhmət çəkmək lazımdır:

"Təbii ki, biz onun fərqindəyik ki, qiymət artımı insanların sosial rifahına öz mənfi təsirini göstərir. Burada obyektiv səbəblər var. Obyektiv səbəbləri mən sadaladım. Amma subyektiv səbəbləri də demək lazımdır. Məsələn, mən insanlarla, seçicilərimlə söhbətim zamanı görürəm ki, inhisarçılar onlara ciddi mane olur. Bu kimi şikayətləri mən lazımi qurumlara çatdırıram. Hesab edirəm ki, əsas məsələlərdən biri inhisarçılıqla bağlı məsələdir. Bu problemin həlli tapılmalıdır. Eyni zamanda insanlarımız da indiki halda daha fəal olmalıdır. Məsələn, bir çox adamlarda tənbəllik yaranıb. Cəlilabad rayonunda kartof əkini, çiyələk əkini sahibkarları ilə danışıram ki, bəs filan kəsləri işə götürün, onların sosial durumu yaxşı deyil, işləsinlər. Deyirlər çağırırıq, onlar da "mən bu istidə işləyə bilmərəm” deyib işdən yayınırlar. Yəni, ələbaxımlılığa öyrəşmiş insanlar var ki, gözləyirlər ki, onlara dövlət tərəfindən hər hansı vəsait ayrılsın. Bu kölgədə otursun və işlərə qatılmasın.

Mən Cəlilabadın timsalında bunu görürəm ki, o insanlar ki, sözün həqiqi mənasında zəhmətə çəkirlər, əkinlə, biçinlə məşğuldurlar, mal-heyvan saxlayırlar, onun satışını təşkil edirlər, kartof, çiyələk, buğda əkirlər, hansı ki, o torpaq sahələrinə malikdirlər, onların güzəranı normaldır. Amma digərləri gözləyirlər ki, kimsə ona köməklik etsin, dövlət onlara müavinətlər versin. İşləmək lazımdır. Məsələn, mən gecə yuxusuz qalıb, səhər 4-ə, 5-ə qədər yazılarımı işləyirəm, məqalələrimi yazıram, təhlillərimi aparıram. İndi mən deyim ki, yox, mən yatmalıyam? İndi həmişəkindən daha çox çalışmaq lazımdır. Çünki artıq zaman dəyişib, dövran dəyişib. Belə olan vəziyyətdə ailəni saxlamaq üçün zəhmət çəkmək mütləqdir. Sözün həqiqi mənasında zəhmətkeş olmaq lazımdır.
İndi zəhmətkeş insanlar, günün altında işləməyi bacaran insanlar, işdən qorxmayan insanlar daha yaxşı yaşayırlar".

Aydın Nuri

Oxunub: 351
Paylaş:
Digər xəbərlər

Sosial

19-04-2022, 10:35

Azərbaycanda çörək bahalaşa bilər – Dünya bazarındakı qiymət dəyişikliyinin MÜMKÜN TƏSİRİ.

Cəmiyyət

17-06-2022, 23:47

“Çox siqaret çəkən bir adamı ilan çalıb, nəticədə ilan özü ölüb” - Elman Nəsirov

Gündəm

17-07-2022, 11:30

Bahalaşma sürətlənir - "Əhaliyə kompensasiya verilməlidir"

Şou Biznes
Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Mədəniyyət
18-09-2026, 09:22
Bu gün Milli Musiqi Günüdür
16-09-2026, 15:43
Füzuli və Xankəndidəki incəsənət məktəbləri Nazirliyin tabeliyinə verildi
14-09-2026, 09:14
Azərbaycan mədəniyyəti İsveçrədə təqdim olunur
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Hadisə
Bugün, 09:44
Laçında yanğın - GÖRÜNTÜ
21-09-2026, 09:53
İş adamının nəvəsi qonşusunu güllələdi
16-09-2026, 17:11
Badamdarda yaşayış binasında partlayış, xəsarət alan var
Son xəbərlər
  • Bugün, 14:09
    Azərbaycanda 4 qız qaçırılıb
  • Bugün, 13:29
    Anım Günü tədbirləri davam etdirilir. 23.09.2026
  • Bugün, 11:29
    “Sabah”ın ev oyunlarına 104 mindən çox bilet satılıb
  • Bugün, 11:23
    Azərbaycanın vizasız rejim tətbiq etdiyi ölkələr – SİYAHI
  • Bugün, 10:32
    Bütün sosial ödənişlər sabah ödəniləcək
  • Bugün, 10:29
    YAP-ın qurultayı oktyabrın 2-də keçiriləcək
  • Bugün, 10:25
    Putin G20 sammitinə dəvət alıb - Yekun qərar hələ verilməyib
  • Bugün, 09:44
    Laçında yanğın - GÖRÜNTÜ
  • Bugün, 09:20
    Prezidentin geri qaytardığı qanunlara Parlamentdə yenidən baxacaq
  • Bugün, 09:06
    Paşinyan Nyu-Yorkda Pezeşkianla görüşdü
  • Bugün, 09:02
    Kiyevə raket hücumunda 2 nəfər ölüb, 6 nəfər yaralanıb
  • Bugün, 08:54
    Ceyhun Bayramov “Tramp marşrutu”ndan danışdı
  • Dün, 15:38
    Yeni yaradılan iş yerlərdində maaşlar daha çox olacaq - DETALLAR
  • Dün, 15:35
    Bakının bu ərazisində yaşayanlar köçürüləcək - 35 MİLYON MANAT AYRILDI
  • Dün, 15:32
    Süni mayalanma sığorta hesabına həyata keçirilə bilər
  • Dün, 14:34
    Coğrafiya dərsliklərində Qarabağ xəritələri yenilənib – Nazirlik
  • Dün, 11:43
    Martin Ryan əfv edildi - SƏRƏNCAM
  • Dün, 11:23
    İlham Əliyev yeni səfiri qəbul edib
  • Dün, 11:20
    Mərkəzi Bankın inflyasiya proqnozu
  • Dün, 11:19
    Prezident Kralı təbrik etdi
  • Dün, 11:13
    Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi - Məhkəməni uddu
  • Dün, 10:57
    Deputatların vətəndaş qəbulunun CƏDVƏLİ
  • Dün, 10:54
    Azad edilmiş ərazilərdə yeni iş imkanları yaradılacaq
  • Dün, 10:49
    Azərbaycanda yeni zavod tikiləcək
  • 22-09-2026, 17:19
    Bəzi dövlət qurumları distant iş rejiminə keçdi
  • 22-09-2026, 15:34
    Füzuli Ələkbərovun şirkətləri bir milyon borca düşdü
  • 22-09-2026, 14:49
    Prezident tapşırıq verdi: Proqram 4 ilə tam icra edilməlidir
  • 22-09-2026, 14:36
    Laçın Rayon İcra Hakimiyyətinin əməkdaşları Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər.
  • 22-09-2026, 10:45
    İran Prezidenti Amerikaya getdi
  • 21-09-2026, 16:06
    Naxçıvan Müəllimlər İnstitutu ləğv olundu
  • 21-09-2026, 14:10
    Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır - GÖRÜNTÜ
  • 21-09-2026, 10:56
    Lənkəran Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
  • 21-09-2026, 10:54
    Rusiyada seçki nəticələri açıqlanır - Putinin partiyası öndədir
  • 21-09-2026, 10:37
    Nazir ona yüksək vəzifə verdi
  • 21-09-2026, 10:34
    Ramiz Mehdiyevi mühakimə edən hakim KİMDİR...
Daha çox
18-09-2026, 21:28
Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
22-09-2026, 14:36
Laçın Rayon İcra Hakimiyyətinin əməkdaşları Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər.
Bugün, 13:29
Anım Günü tədbirləri davam etdirilir. 23.09.2026
19-09-2026, 17:34
Şəhadətlərin üçüncü ildönümündə məzarları ziyarət olundu.
18-09-2026, 09:39
Dünya birjalarında neft ucuzlaşıb
17-09-2026, 18:20
Şəhid Qorxmaz İsgəndərovun xatirəsi ehtiramla anılıb
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə