• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Müzəffər Ali Baş Komandanın Laçında üçrəngli bayrağımızı qaldırması bizə yeni qüvvə və ruh verir

Gündəm

23-09-2022, 10:14

Müzəffər Ali Baş Komandanın Laçında üçrəngli bayrağımızı qaldırması bizə yeni qüvvə və ruh verir
İlqar İlyasov

YAP Laçın rayon təşkilatının sədri


Xalqımızın şanlı qəhrəmanlıq tarixinə daha bir unudulmaz gün əlavə olundu. Bundan sonra 21 sentyabr- yaddaşlarımıza, xüsusən də Laçınlıların yaddaşına heç vaxt unudulmayacaq bir tarix kimi yazıldı. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sentyabrın 21-də Laçına səfəri və Laçın şəhərində Azərbaycan Bayrağını ucaltması tarixin ən yaddaqalan hadisələrindən birinə çevrildi. Prezident İlham Əliyev Laçına səfər edən ilk dövlət başçısı kimi adını tarixə yazdı. Qürurverici məqamdır ki, qalib xalqın, qalib ordunun Müzəffər Ali Baş Komandanı kimi Laçına qısa zamanda üçüncü səfərini etdi. Dövlətimizin başçısı hər səfərində çıxışı zamanı düşmənlərimizə yeni mesajlar verir. Laçında bu dəfəki çıxışı zamanı Prezident bir çox mühüm məqamlara diqqət çəkdi. Dövlətimizin başçısı bildirdi ki, 44 günlük Vətən müharibəsinin sonunda Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu və beləliklə, Azərbaycanın tarixi Zəfəri təsdiqləndi. Bu kapitulyasiya aktının nəticəsində Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğal edilmiş hissəsindən öz qoşunlarını çıxardı. Daha sonra dövlətimizi başçısı Laçından keçən yolun inşasından, dövlətlərin üzərlərinə götürdükləri öhtəliklərin vaxtında icrasından və müzəffər Ordumuzun Laçını nəzarətə götürməsindən danışdı. Prezident İlham Əliyevin də dediyi kimi, Laçın və Kəlbəcər rayonlarının bir hissəsi 44 günlük Vətən müharibəsi dövründə azad edilmişdi. Laçının cənub, Kəlbəcərin şimal hissəsini müzəffər Azərbaycan Ordusu işğalçılardan azad etmişdi. Ancaq Laçın şəhəri nəzarətimizdən kənarda qalmışdı. Bunun da səbəbi o idi ki, Ermənistanı Xankəndi ilə birləşdirən avtomobil yolu şəhərin ortasından keçirdi və buna görə də biz, Laçın şəhərini nəzarətə götürə bilməmişdik. Ancaq bu məsələ də öz həllini tapdı. 9 noyabr tarixində aparılan danışıqlar nəticəsində Azərbaycan Prezidentinin təkidi ilə alternativ yolun çəkilişi sənəddə təsbit edildi və 3 il ərzində yeni yolun çəkilişi ilə bağlı razılaşmalar aparılmalı idi. Azərbaycan bu razılaşmaları daha tez bir zamanda başa çatdırdı, Rusiya tərəfi ilə yeni yolun marşrutu təsdiqlənmişdi və təxirəsalınmaz tədbirlər görülərək yeni yolun çəkilişinə başlanıldı. Bu müddət cəmi bir il 8 ay çəkdi. Yəni, bir il 8 aydan sonra artıq alternativ yol hazır oldu. Azərbaycan Prezidenti deyib: “Biz rəsmi qaydada bildiriş göndərmişdik ki, avqustun 2-də yol hazırdır, avqustun 5-də Azərbaycan Laçın şəhərinə və o cümlədən, köhnə yola daxil olur və Laçın şəhərinə qayıdır. Ondan sonra bizə Qarabağda yaşayan ermənilər müraciət etmişdilər, xahiş etmişdilər ki, onlara avqustun 25-nə qədər əlavə vaxt verilsin. Baxmayaraq ki, burada qanunsuz məskunlaşma olub, biz yenə də humanistlik göstərərək onlara bu imkanı verdik. Beləliklə, avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhərinə daxil oldu və biz Laçın şəhərini qaytardıq”. Göründüyü kimi, Laçına səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev Kəlbəcər-Laçın avtomobil yolunda yeni inşa edilən tunellə tanış oldu, Laçın şəhərində inşa ediləcək “Laçın” Qovşaq Yarımstansiyasının təməlqoyma mərasimində iştirak etdi. Prezident İlham Əliyev Laçın şəhərinin yenidən qurulması planından danışarkən, vaxtıilə salınmış şəhər planından istifadə olunacagını vurğulayaraq bildirdi ki, şəhərin 1980-ci illərdə tərtib edilmiş Baş Planı vardır. Bu, indi təhlil edilir, əlavələr olunacaq və Laçın şəhərini biz bərpa edəcəyik. “Ümid edirəm ki, laçınlıların birinci qrupu Laçın şəhərinə gələn ilin sonuna qədər qayıda bilərlər. Mən buna ümid edirəm və əlimdən gələni edəcəyəm ki, biz buna nail olaq, tezliklə Laçın şəhərini bərpa edək. Biz bütövlükdə Laçın rayonunu və bütün başqa rayonları bərpa edəcəyik” – deyə, Müzəffər Ali Baş Komandan çıxışında bildirib. Prezident İlham Əliyev Laçının azad olunmasın və milli bayragımızın Laçında dalgalanmasını qürur hissi ilə bildirdi: “Bir daha demək istəyirəm, fəxr edirəm ki, Laçın şəhərinin mərkəzində milli bayrağımızı ucaltdım. Bu bayraq burada əbədi dalğalanacaq! Biz burada əbədi yaşayacağıq! Yaşasın Laçın! Yaşasın Azərbaycan!” Bəli bu tarix Azərbaycanın şanlı zəfər tarixinin bir səhifəsidir. Ümid edirik ki, Azərbaycan dövləti öz qüdrətli, praqmatik və kamil Prezidentinin, Müzəffər Ali Baş Komandanının səyi nəticəsində daha böyük uğurlara imza atacaq. Bundan sonra tariximiz yalnız şanlı qələbələrimizin, uğurlarımızın qeyd olunduğu qırmızıya bürünəcək.

Oxunub: 503
Paylaş:
Digər xəbərlər

Gündəm

26-06-2022, 20:19

Prezident Göygöl, Kəlbəcər və Laçına GETDİ

Gündəm

19-07-2022, 20:34

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının təsis olunmasının 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Gündəm

23-09-2022, 10:08

Laçın ölkə iqtisadiyyatına mühüm töhfələr verəcək

Gündəm

28-07-2022, 10:23

Biz müzəffər xalq kimi ləyaqətlə yaşayırıq.

Şou Biznes
Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Mədəniyyət
18-09-2026, 09:22
Bu gün Milli Musiqi Günüdür
16-09-2026, 15:43
Füzuli və Xankəndidəki incəsənət məktəbləri Nazirliyin tabeliyinə verildi
14-09-2026, 09:14
Azərbaycan mədəniyyəti İsveçrədə təqdim olunur
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Hadisə
Dün, 19:27
Ağcabədidə ağır qəza: iki qardaş öldü
24-09-2026, 09:44
Laçında yanğın - GÖRÜNTÜ
21-09-2026, 09:53
İş adamının nəvəsi qonşusunu güllələdi
Son xəbərlər
  • Bugün, 12:16
    27 Sentyabr - Anım Gününə həsr edilmiş ağacəkmə aksiyası keçirilmişdir. 27.09.2026
  • Bugün, 05:59
    Zəfərin ilk addımı: 27 Sentyabrdan 44 günlük tarixə
  • Dün, 19:36
    Prezident və birinci xanım Formula 1-i izləyib - YENİLƏNİB
  • Dün, 19:31
    Bəzi rayonlara dolu düşəcək, sulu qar yağacaq
  • Dün, 19:27
    Ağcabədidə ağır qəza: iki qardaş öldü
  • 25-09-2026, 15:50
    Naxçıvanın təhsil naziri vəzifəsindən azad edildi
  • 25-09-2026, 15:10
    Formula 2-də kütləvi qəza - yarışda fasilə yarandı
  • 25-09-2026, 13:36
    Həbib müəllim görüş keçirilib
  • 25-09-2026, 10:59
    Cavid Hüseynov vəzifəsindən ayrıldı - YENİ TƏYİNAT
  • 25-09-2026, 10:27
    İlham Əliyev İnvestisiya Forumu iştirakçılarına müraciət etdi
  • 25-09-2026, 09:51
    Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir
  • 25-09-2026, 09:13
    "Formula 2" Azərbaycan Qran-prisində qəza baş verib
  • 25-09-2026, 09:11
    “TikTok” 16,8 milyon dollar cərimə ödəyəcək
  • 25-09-2026, 09:09
    Ceyhun Bayramov Mirzoyanla görüşüb
  • 25-09-2026, 09:07
    Bakıda bu yollarda tıxac var - SİYAHI
  • 25-09-2026, 09:05
    Putinin və Trampın xüsusi nümayəndələri görüşüblər
  • 25-09-2026, 09:03
    2015-ci ildən doğulanlara siqaret qadağan ediləcək
  • 24-09-2026, 19:16
    Laçın Rayon İcra Hakimiyyətində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə həsr olunmuş tədbir keçirilmişdir.
  • 24-09-2026, 14:09
    Azərbaycanda 4 qız qaçırılıb
  • 24-09-2026, 13:29
    Anım Günü tədbirləri davam etdirilir. 23.09.2026
  • 24-09-2026, 11:29
    “Sabah”ın ev oyunlarına 104 mindən çox bilet satılıb
  • 24-09-2026, 11:23
    Azərbaycanın vizasız rejim tətbiq etdiyi ölkələr – SİYAHI
  • 24-09-2026, 10:32
    Bütün sosial ödənişlər sabah ödəniləcək
  • 24-09-2026, 10:29
    YAP-ın qurultayı oktyabrın 2-də keçiriləcək
  • 24-09-2026, 10:25
    Putin G20 sammitinə dəvət alıb - Yekun qərar hələ verilməyib
  • 24-09-2026, 09:44
    Laçında yanğın - GÖRÜNTÜ
  • 24-09-2026, 09:20
    Prezidentin geri qaytardığı qanunlara Parlamentdə yenidən baxacaq
  • 24-09-2026, 09:06
    Paşinyan Nyu-Yorkda Pezeşkianla görüşdü
  • 24-09-2026, 09:02
    Kiyevə raket hücumunda 2 nəfər ölüb, 6 nəfər yaralanıb
  • 24-09-2026, 08:54
    Ceyhun Bayramov “Tramp marşrutu”ndan danışdı
  • 23-09-2026, 15:38
    Yeni yaradılan iş yerlərdində maaşlar daha çox olacaq - DETALLAR
  • 23-09-2026, 15:35
    Bakının bu ərazisində yaşayanlar köçürüləcək - 35 MİLYON MANAT AYRILDI
  • 23-09-2026, 15:32
    Süni mayalanma sığorta hesabına həyata keçirilə bilər
  • 23-09-2026, 14:34
    Coğrafiya dərsliklərində Qarabağ xəritələri yenilənib – Nazirlik
  • 23-09-2026, 11:43
    Martin Ryan əfv edildi - SƏRƏNCAM
Daha çox
22-09-2026, 14:36
Laçın Rayon İcra Hakimiyyətinin əməkdaşları Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər.
Bugün, 12:16
27 Sentyabr - Anım Gününə həsr edilmiş ağacəkmə aksiyası keçirilmişdir. 27.09.2026
24-09-2026, 19:16
Laçın Rayon İcra Hakimiyyətində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə həsr olunmuş tədbir keçirilmişdir.
24-09-2026, 13:29
Anım Günü tədbirləri davam etdirilir. 23.09.2026
25-09-2026, 13:36
Həbib müəllim görüş keçirilib
25-09-2026, 15:50
Naxçıvanın təhsil naziri vəzifəsindən azad edildi
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə