• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilmişdir

Gündəm

31-03-2023, 12:19

31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilmişdir
Hər il olduğu kimi mart ayının son günləri ölkəmizin bütün bölgələrində 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbirlər təşkil olunur, soyqırımı qurbanlarının xatirəsi ehtiramla anılaraq yad olunur.

Bununla bağlı 2023-cü il martın 31-də Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun idarə, müəssisə və təşkilatlarının fəaliyyət göstərdiyi, həmçinin rayon sakinlərinin sıx şəkildə müvəqqəti məskunlaşdığı Ağcabədi rayonu Taxta körpü qəsəbəsində anım tədbiri keçirilmişdir. Qəsəbədə “Şəhidlərin xatirə kompleksi” qarşısında keçirilən tədbirdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailə üzvləri, qazilər və müharibə veteranları habelə çoxsaylı rayon ictimaiyyəti nümayəndələri iştirak etmişdir. Tədbirdə iştirakçılar tərəfindən əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad edilərək, əbədi məşəlin alovlandığı “Şəhidlərin xatirə kompleksi”nə tər qərənfillər düzülmüşdür.

Azərbaycan xalqına, türk dünyasına qarşı erməni daşnaklarının 200 ilə yaxın bir dövrü əhatə edən soyqırımı siyasəti sırasında 1918-ci il 31 Mart soyqırımı öz dəhşətləri ilə tarixin qanlı salnaməsinə çevrilmişdir. Vurğulanmışdır ki, tarix boyu təcavüzkar siyasət yeridən, qanlı əməllərindən dönməyən, “Dənizdən-dənizə böyük Ermənistan” yaratmaq xülyasından əl çəkməyən ermənilər zaman-zaman xalqımızı soyqırıma məruz qoymuş, havadarlarının hərtərəfli köməyi ilə əzəli torpaqlarımızı almağı özlərinin məqsədlərinə çevirmişlər. Qeyd olunmuşdur ki, təkcə ötən əsrdə Azərbaycan xalqı dörd dəfə (1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə) erməni millətçiləri tərəfindən qeyri-insani rəftarla, insan ləyaqətini alçaldan hərəkətlərlə müşayiət olunan soyqırımına və deportasiyaya məruz qalmışdır.1918-ci ilin mart günlərindəki qırğınlar zamanı ermənilər üç gün ərzində Bakıda 12 min soydaşımızı vəhşicəsinə qətlə yetirmiş, sonrakı günlərdə Bakı və Gəncə quberniyalarında, Quba, Xaçmaz, Şamaxı, Lənkəran, Muğan qəzalarında və digər bölgələrdə də ermənilər tərəfindən qanlı faciələr törədilmişdir. Mart hadisələri zamanı yüzlərlə şəhərimiz və kəndimiz, o cümlədən Qarabağ ərazisində azərbaycanlıların yaşadıqları 150-dən çox kənd xarabalığa çevrilmiş, Şuşada görünməmiş qırğınlar törədilmiş, 50 mindən çox soydaşımız, o cümlədən Bakıda 30 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, məscidlər, məktəblər yandırılmış və dağıdılmışdır. Təkcə Zəngəzurda 115, İrəvan quberniyasında isə 211 kənd xarabalığa çevrilmiş, əhalisi misli görünməmiş amansızlıqla qətlə yetirilmişdir.

Xüsusilə vurğulanmalıdır ki, Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra bu məsələyə prinsipial yanaşma nümayiş etdirilmiş, erməni millətçilərinin xalqımıza qarşı illərlə yürütdüyü soyqırımı və deportasiya siyasətinin mahiyyəti bütünlüklə açıqlanmış və ifşa olunmuşdur.

Ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmanı ilə xalqımıza qarşı törədilmiş ağır cinayətlərə hüquqi-siyasi qiymət verilmişdir. Bu gün isə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə erməni təcavüzünün nəticələrinin aradan qaldırılması, respublikamızın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması, aparıcı dünya dövlətləri və nüfuzlu beynəlxalq dairələr tərəfindən ölkəmizin ədalətli mövqeyinin etiraf olunması və müdafiəsi istiqamətində ardıcıl və məqsədyönlü işlər görülür. Bu baxımdan dövlət başçısı cənab İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli “Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” Sərəncamı bu istiqamətdə mühüm addımlardan biridir. Həmçinin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində gerçəkləşdirdiyi mühüm layihələr xüsusi önəm daşıyır.

Bədnam ermənilərin 200 illik tarix boyunca təkcə Azərbaycana deyil, bütün qonşu dövlətlərə qarşı ərazi iddiaları irəli sürdüyü və “böyük Ermənistan” yaratmaq iddiasında olduğu, təcavüzkar siyasətinin qarşısının məharətlə alınması onların və havadarlarının mənfur niyyətlərini tamamilə puç etmişdir.
31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilmişdir
31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilmişdir
31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilmişdir

Oxunub: 387
Paylaş:
Digər xəbərlər

Gündəm

26-02-2023, 13:51

Xocalı soyqırımı - XX əsrin ən dəhşətli faciəsidir

Gündəm

14-07-2022, 09:42

Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli tərəfindən rayon sakinlərinin qəbulu keçirilmişdir.

Gündəm

8-11-2022, 15:39

Tarixi qələbə - Zəfər bayramını laçınlılar təntənə ilə qeyd etdirlər

Şou Biznes
Gənc müğənni İnci Mütəllimzadənin yeni klipi işıq üzü gördü
Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlər
Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
Mədəniyyət
25-10-2026, 12:14
Leyla Əliyeva 98 il sonrakı tarixi gecədə - FOTOLAR
18-09-2026, 09:22
Bu gün Milli Musiqi Günüdür
16-09-2026, 15:43
Füzuli və Xankəndidəki incəsənət məktəbləri Nazirliyin tabeliyinə verildi
14-09-2026, 09:14
Azərbaycan mədəniyyəti İsveçrədə təqdim olunur
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
Hadisə
6-11-2026, 09:51
Fatmayıda evdə partlayış, 2 nəfər yaralandı - Foto
28-10-2026, 11:06
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
27-10-2026, 09:46
Qətlə yetirilən "Ceyhun Sabunçu"nun əsl adı Cəlal imiş
Son xəbərlər
  • Bugün, 10:28
    Əliyev-Paşinyan görüşündə nələr müzakirə olunacaq? - AÇIQLAMA
  • Bugün, 10:26
    9 gün iş olmayacaq - Tarixlər açıqlandı
  • Bugün, 09:50
    Qəzza əməliyyatlarından Knesset sədrliyinə - Matan Kahana kimdir?
  • Bugün, 09:47
    ADY yükdaşımanı 13 % artırıb
  • Bugün, 09:41
    “Azeri Light” ucuzlaşdı
  • Bugün, 09:38
    Zəngəzur dəhlizi üçün tarix açıqlandı: 2028-ci ildə Naxçıvana quru yol açılır?
  • Bugün, 09:37
    Avro ucuzlaşdı, rubl bahalaşdı - Dollar isə...
  • Bugün, 09:32
    10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
  • Bugün, 09:29
    Ukrayna Rusiyanın ən böyük neft terminalını vurdu
  • Bugün, 09:16
    24 saat fasiləsiz uçaraq Rekordlar Kitabına düşdü
  • Bugün, 09:12
    Paşinyan Putini saymadı: Moskvaya getmədi - İrəvan cəzalandırılacaq?
  • Bugün, 09:02
    Pezeşkian Türkiyəyə gedir
  • Bugün, 09:00
    İsraildə yeni parlament fəaliyyətə başladı
  • Bugün, 08:57
    Paşinyan Türkiyəyə getdi
  • Bugün, 08:55
    Paytaxtda 15 istiqamətdə tıxac var
  • Bugün, 01:33
    İDDİA: Qazi Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı və Qaçqınkom tərəfindən haqsızlığa məruz qaldığını bildirir!
  • Dün, 11:19
    Bərdədə təhsil idarəsi ətrafında qalmaqallı iddia: Rəhbərə avtomobil hədiyyə edildiyi bildirilir
  • 9-11-2026, 09:03
    Mehriban Əliyeva Bayraq Günü münasibətilə paylaşım etdi
  • 9-11-2026, 09:00
    Bir sıra dağlıq və dağətəyi ərazilərə qar yağıb
  • 9-11-2026, 08:25
    Xankəndidə Prezidentin adından ziyafət verildi
  • 9-11-2026, 08:23
    “Gələn həftə Si Cinpin və Putinlə görüşə bilərəm”
  • 9-11-2026, 08:16
    Nəriman yenə ehtiyatda qaldı
  • 9-11-2026, 08:11
    Azərbaycanda Dövlət Bayrağı Günüdür
  • 8-11-2026, 19:10
    İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər – VİDEO – YENİLƏNİB
  • 8-11-2026, 14:54
    Şuşada Ərdoğanın rəsmi qarşılanma mərasimi - Video
  • 8-11-2026, 14:33
    Şuşada Ərdoğanın rəsmi qarşılanmasına hazırlıq - GÖRÜNTÜLƏR
  • 8-11-2026, 13:24
    İlham Əliyev Xankəndidə Zəfər abidəsini ziyarət etdi
  • 8-11-2026, 13:21
    Azərbaycan xalqı bir olduqda, qarşısında heç bir qüvvə dayana bilməz
  • 8-11-2026, 09:41
    Mehriban Əliyevadan Zəfər Günü PAYLAŞIMI
  • 8-11-2026, 08:28
    Azərbaycanda Zəfər Günü qeyd olunur
  • 8-11-2026, 08:24
    Prezidentin köməkçisindən Zəfər Günü paylaşımı
  • 8-11-2026, 08:17
    Şuşanın azadlığından 6 il ötür
  • 7-11-2026, 21:31
    Bakı DYP-sindən yağışlı hava ilə bağlı sürücülərə və piyadalara XƏBƏRDARLIQ
  • 7-11-2026, 19:14
    Şahbaz Şərif İlham Əliyevi təbrik edib
  • 7-11-2026, 18:11
    "General-mayor" rütbəsi alan zabitlər kimdir?
Daha çox
6-11-2026, 15:22
Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçlğı ilə “8 Noyabr - Zəfər Günü ilə bağlı ağacəkmə aksiyası keçirilmişdir. 06.11.2026
5-11-2026, 20:57
Şəhid övladının işlə təmin olunması ilə bağlı şikayət: Qarabağ Regional Təhsil İdarəsinin rəhbərliyindən araşdırma tələb olunur
6-11-2026, 14:24
Qəbələdə vətəndaşlarla görüş keçirilib müraciətlər dinlənilib
Bugün, 01:33
İDDİA: Qazi Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı və Qaçqınkom tərəfindən haqsızlığa məruz qaldığını bildirir!
7-11-2026, 18:11
"General-mayor" rütbəsi alan zabitlər kimdir?
6-11-2026, 22:53
Zəfər Gününə həsr olunmuş karate turnirində şagirdlərimiz uğur qazanıblar
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə