• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Hər gün 4500 insan vərəmdan ölür

Hadisə / Səhiyyə

24-03-2022, 10:33

Hər gün 4500 insan vərəmdan ölür
Bu gün Ümumdünya Vərəmlə Mübarizə Günüdür.



Xəbər verilir ki, Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə hər il martın 24-də Ümumdünya Vərəmlə Mübarizə Günü qeyd edilir. 1882-ci ildə alman mikrobioloq Robert Kox ilk dəfə vərəmin törədicilərini kəşf edib. 1905-ci ildə alim tibb sahəsində Nobel mükafatına layiq görülüb.



1982-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Vərəm və Ağciyər Xəstəlikləri ilə Mübarizə İttifaqı vərəmin törədicisi olan Kox çöplərinin aşkar edilməsinin 100 illiyi münasibətilə həmin günü təsis ediblər.



Vərəm hava-damcı yolu ilə yayılan xəstəlikdir. İnsan orqanizminə tənəffüs yolları, qida, dəri vasitəsi və sair yollarla daxil olur. Onu törədən mikroblar uzun müddət yaşaya və 6-8 aya qədər müxtəlif əşyaların üzərində qala bilir. Ona görə də xəstəliyə qab-qacaq, pal-paltar, dəsmal və digər məişət təması nəticəsində yoluxmaq mümkündür. Xəstəlik, bir qayda olaraq, dərhal başlamır və bir neçə aydan bir ilə qədər müddətdə özünü büruzə verə bilər. Yoluxma zamanı orqanizmin müdafiə qabiliyyəti, xüsusilə immun sistemi əhəmiyyətli rol oynayır.



Vərəmlə mübarizə gününün simvolu sağlam nəfəs əlaməti olan ağ çobanyastığıdır. Xəstəliklə mübarizə onun rəsmən elan edildiyi vaxtdan daha əvvəl başlanıb. XIX əsrin sonları - XX əsrin əvvəllərində ilk dəfə Cenevrədə əllərində ağ çobanyastığı tutmuş gənc oğlan və qızlar küçəyə çıxaraq vərəmli xəstələrin müalicəsi üçün ianə toplayıblar. Sonra həmin aksiyalar Avropanın başqa ölkələrində də keçirilməyə başlayıb və çobanyastığı çiçəklərinin satışı diqqəti cəlb edərək vərəmə qarşı mübarizə aparan təşkilatlara gəlir gətirib. Danimarkada və Norveçdə çiçəyin satış hüququ vərəmə qarşı mübarizə cəmiyyətlərinin inhisarına alınıb.



Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər gün vərəm xəstəliyindən dünyada 4 min 500 nəfər həyatını itirir, 30 min nəfərdə isə xəstəliyə yoluxma baş verir.



Vərəm sağalan xəstəlikdir və bu sahədə ardıcıl iş aparılır, lakin Ümumdünya Səhiyyə Təşkilatının ekspertlərinin fikrincə, onun aşkar edilməsi, müalicəsi və sağalması üçün göstərilən səylər yetərli deyil. İl ərzində vərəmə yoluxan 9 milyon xəstədən 3 milyonu müalicə almır. Ona görə də Ümumdünya Vərəmlə Mübarizə Gününün keçirilməsinin başlıca məqsədi hər şeydən əvvəl onunla bağlı əhalinin məlumatlılığını artırmaq və qlobal epidemiyanın ləğvi və profilaktika üsulları ilə əlaqədar səyləri birləşdirməkdən ibarətdir.

Oxunub: 528
Paylaş:
Digər xəbərlər
Şou Biznes
Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Mədəniyyət
18-09-2026, 09:22
Bu gün Milli Musiqi Günüdür
16-09-2026, 15:43
Füzuli və Xankəndidəki incəsənət məktəbləri Nazirliyin tabeliyinə verildi
14-09-2026, 09:14
Azərbaycan mədəniyyəti İsveçrədə təqdim olunur
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Hadisə
26-09-2026, 19:27
Ağcabədidə ağır qəza: iki qardaş öldü
24-09-2026, 09:44
Laçında yanğın - GÖRÜNTÜ
21-09-2026, 09:53
İş adamının nəvəsi qonşusunu güllələdi
Son xəbərlər
  • Dün, 16:03
    Ukrayna Rusiyanın dəmir yolu infrastrukturuna zərbə endirdi - İlk dəfə
  • Dün, 15:37
    Xocavənd rayon sakini, Qarabağ qazisi Ceyhun Zeynalovdan 27 sentyabrdan xəbər yoxdur – ailəsi narahatdır
  • Dün, 15:06
    Azərbaycan xarici investorlar üçün ən cəlbedici ölkələrdən biridir
  • Dün, 14:56
    Şəhid ailələri və müharibə iştirakçılarının 13 min nəfəri biznes qurub
  • Dün, 14:53
    Ərdoğanın müavini istefa verib
  • Dün, 13:58
    Jurnalist Əvəz Zeynallı vəfat etdi
  • Dün, 09:06
    Bu yollarda tıxac var - Siyahı
  • Dün, 09:03
    Millətlər Liqasında II tur: 8 oyun - NƏTİCƏLƏR
  • Dün, 09:00
    Zəfər Muzeyinin memarı ilk dəfə danışdı - VİDEO
  • Dün, 08:56
    Tramp Zelenskidən Rusiyadakı neft zavodlarına zərbələri azaltmağı istəyib
  • 27-09-2026, 12:16
    27 Sentyabr - Anım Gününə həsr edilmiş ağacəkmə aksiyası keçirilmişdir. 27.09.2026
  • 27-09-2026, 05:59
    Zəfərin ilk addımı: 27 Sentyabrdan 44 günlük tarixə
  • 26-09-2026, 19:36
    Prezident və birinci xanım Formula 1-i izləyib - YENİLƏNİB
  • 26-09-2026, 19:31
    Bəzi rayonlara dolu düşəcək, sulu qar yağacaq
  • 26-09-2026, 19:27
    Ağcabədidə ağır qəza: iki qardaş öldü
  • 25-09-2026, 15:50
    Naxçıvanın təhsil naziri vəzifəsindən azad edildi
  • 25-09-2026, 15:10
    Formula 2-də kütləvi qəza - yarışda fasilə yarandı
  • 25-09-2026, 13:36
    Həbib müəllim görüş keçirilib
  • 25-09-2026, 10:59
    Cavid Hüseynov vəzifəsindən ayrıldı - YENİ TƏYİNAT
  • 25-09-2026, 10:27
    İlham Əliyev İnvestisiya Forumu iştirakçılarına müraciət etdi
  • 25-09-2026, 09:51
    Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir
  • 25-09-2026, 09:13
    "Formula 2" Azərbaycan Qran-prisində qəza baş verib
  • 25-09-2026, 09:11
    “TikTok” 16,8 milyon dollar cərimə ödəyəcək
  • 25-09-2026, 09:09
    Ceyhun Bayramov Mirzoyanla görüşüb
  • 25-09-2026, 09:07
    Bakıda bu yollarda tıxac var - SİYAHI
  • 25-09-2026, 09:05
    Putinin və Trampın xüsusi nümayəndələri görüşüblər
  • 25-09-2026, 09:03
    2015-ci ildən doğulanlara siqaret qadağan ediləcək
  • 24-09-2026, 19:16
    Laçın Rayon İcra Hakimiyyətində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə həsr olunmuş tədbir keçirilmişdir.
  • 24-09-2026, 14:09
    Azərbaycanda 4 qız qaçırılıb
  • 24-09-2026, 13:29
    Anım Günü tədbirləri davam etdirilir. 23.09.2026
  • 24-09-2026, 11:29
    “Sabah”ın ev oyunlarına 104 mindən çox bilet satılıb
  • 24-09-2026, 11:23
    Azərbaycanın vizasız rejim tətbiq etdiyi ölkələr – SİYAHI
  • 24-09-2026, 10:32
    Bütün sosial ödənişlər sabah ödəniləcək
  • 24-09-2026, 10:29
    YAP-ın qurultayı oktyabrın 2-də keçiriləcək
  • 24-09-2026, 10:25
    Putin G20 sammitinə dəvət alıb - Yekun qərar hələ verilməyib
Daha çox
27-09-2026, 12:16
27 Sentyabr - Anım Gününə həsr edilmiş ağacəkmə aksiyası keçirilmişdir. 27.09.2026
22-09-2026, 14:36
Laçın Rayon İcra Hakimiyyətinin əməkdaşları Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər.
Dün, 13:58
Jurnalist Əvəz Zeynallı vəfat etdi
24-09-2026, 19:16
Laçın Rayon İcra Hakimiyyətində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə həsr olunmuş tədbir keçirilmişdir.
24-09-2026, 13:29
Anım Günü tədbirləri davam etdirilir. 23.09.2026
Dün, 08:56
Tramp Zelenskidən Rusiyadakı neft zavodlarına zərbələri azaltmağı istəyib
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə