Şəmikrdə qəza: 68 yaşlı qadının vəziyyəti kafidir.
Şəmikrdə qəza: 68 yaşlı qadının vəziyyəti kafidir
Şəmkirdə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
xebernur.com APA-nın yerli bürosuna istinadən xəbər verir ki, hadisə rayonun Səməd Vurğun küçəsində qeydə alınıb.
Hərəkətdə olan “VAZ” markalı minik maşını yolu keçmək istəyən 68 yaşlı Güliyə İbrahimovanı vurub.
"Yaşıl bazar"da son vəziyyət: Alan da narazı, satan da...
Piyada müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.