Real”la “Mançester Yunayted”in ortaq hədəfi
Argentinalı Entso Fernandes Avropa nəhənglərinin hədəfinə düşüb.
Apasport.az saytının məlumatına görə, “Real”la “Mançester Yunayted” 21 yaşlı yarımmüdafiəçinin transferində maraqlıdır.
Hər iki klub futbolçunu formasını geyindiyi “River Pleyt”dən almağı planlaşdırır. Avropa təmsilçiləri Fernandeslə qeyri-rəsmi danışıqlara da başlayıb. Argentina klubuna hələlik rəsmi müraciət olunmayıb.
Yarımmüdafiəçinin sərbəstqalma məbləği 20 milyon avro təşkil edir. Lakin bu rəqəm tezliklə 25 milyona arta bilər. Bu üzdən “Real” və “Mançester Yunayted” keçidi tez həll etməkdə maraqlıdır.
Qeyd edək ki, müqaviləsi 2025-ci ilin sonunadək olan futbolçu cari mövsümün 11 matçında 4 qol vurub.