MMA yığma komandasının üzvləri idmançılarımız Tofiq Musayev və Vüqar Kərəmovun Amerikada və Yaponiyada peşəkar döyüşləri baş tutacaq.
“xebernur.com
” xəbər verir ki, Vüqar Kərəmov 17 aprel tarixində Yaponiyada keçirilən “Rizin 35” turnirində ölkəmizi təmsil edəcək. Tofiq Musayev isə 22 apreldə Amerikanın nüfuzlu təşkilatı olan “Bellator 278” turnirində iştirak edəcək.
Hazırda idmançılarımızın yarış öncəsi hazırlıqları davam edir.
Vuqar Kərəmov 65 kq çəki dərəcəsində, Tofiq Musayev isə 70 kq çəki dərəcəsində iştirak edəcəklər.
Xatırladaq ki, hər iki idmançımız 15 kq qədər çəki salıb. Federasiyanın peşəkarlar arasında baş məşqçisi Ruslan Əfəndiyevin rəhbərliyi altında hazırda da Amerikada çəkisalma, yarışa hazırlıq prosesi davam edir.
Xatirladaq ki ötən ay MMA-çılarımız Niderlandın paytaxı Amsterdamda keçirilən Dünya çempionatında da uğurla çıxış ediblər. Onlar 2 qızıl, 1gümüş, 2bürünc medal qazanıblar.
Qeyd edək ki, 2006-cı ildə Pankration, 2012-ci ildə isə MMA və Qrapplinq idman növləri dövlət qeydiyyatından keçib və Federasiya statusunu alıb. Federasiyaya Azərbaycanın ilk MMA döyüşçüsü, bu idmanın ölkədə yaradıcısı Azad Əsgərov rəhbərlik edir.