• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

"Qiymət artımı əhalinin həssas təbəqəsini vurur, sosial paketlər qəbul olunmalıdır" - Deputatdan ÇAĞIRIŞ.

Siyasət

17-04-2022, 08:23

Son zamanlar insanların şikayət etdiyi mövzulardan biri qiymətlərin dayanmadan artmasıdır. Ən çox şikayət etdikləri isə ərzaq məhsullarının bahalaşmasıdır. İnsanları maraqlandırır ki, bəs bu qədər bahalaşmalar fonunda pensiyaların, əmək haqlarının artırılması gözlənilirmi?

Mövzu barədə Redaktor.az-a danışan Milli Məclisin deputatı Razi Nurullayev deyir ki, qiymətlərin aşağı düşməsini gözləmək ağılsızlıqdır:

“Həqiqətən qiymətlərdə artma baş verir. Demək olar ki, hər gün nəsə bahalaşır. Bu bahalaşmanı dayandırmaq da hələ ki, mümkün görünmür. Dünya bazarında qiymətlər artır, müharibələr, çaxnaşmalar, zəlzələlər baş verir. Belə görünür ki, qiymətlərin bundan sonra aşağı düşməsini gözləmək sadəlövhlük olardı. Çünki dünyanın əhalisi də artıb. Belə bir zamanda insanların həyatını yaxşılaşdırmaq üzərində düşünmək lazımdır, nəinki qiymətlərin aşağı düşməsini. Çünki onu aşağı salmaq mümkün deyil”.

Deputat hesab edir ki, sahibkarlara, biznesmenlərə güzəştlər olmalıdır:"Qiymət artımı əhalinin həssas təbəqəsini vurur, sosial paketlər qəbul olunmalıdır" - Deputatdan ÇAĞIRIŞ.
“Mən düşünürəm ki, birinci növbədə insanların qazancı artmalıdır. Qazancları da artırmaq üçün iş yerləri açılmalı, biznesə şərait yaradılmalıdır. Banklar daha güzəştli şərtlərlə biznesmenlərə imkanlar yaratmalıdır ki, o sərmayələri bura qoysunlar. Xarici iş adamlarına ciddi vergi güzəştləri olmalıdır ki, onlar bura sərmayə qoyub iş yeri açsınlar. Amma bütün bunlar hamısı vaxt aparan işlərdir. Bu, edilər, ya edilməz bunu da bilmirəm. Hökumət bunu istəyir. Prezidentin iradəsi ortadadır. Lakin bu uğurlu şəkildə yerinə yetirilmir”.

Razi Nurullayevin sözlərinə görə, sosial paketlər yaradılmalıdır.
“İş adamlarına gərək elə bir şərait yaradılsın ki, onlar bura vəsait qoymaq istəsinlər. Yəni bazar baxımından Azərbaycan onlar üçün o qədər də cəzbedici ölkə deyil. Amma indiki şəraitdə qiymətlərin artması əhalinin əsas həssas təbəqəsini vurur. Onlar üçün sosial paketlər qəbul olunmalıdır. Bu, birmənalıdır. Neftin, qazın qiyməti artır. Azərbaycanın da nefti, qazı var və satır bunu. Bu vəsaitlərdən müəyyən qədər insanların ehtiyacını, sosial vəziyyətini yaxşılaşdırmaq üçün əlavə sosial paketlərin qəbul olunmasına ehtiyac var” – deyən parlamentari hesab edir ki, insanların vəziyyəti ağırlaşmasın deyə tədbirlər görülməlidir:

“Dövlət başçısı və birinci xanım həmişə bu cür təşəbbüslərlə çıxış edirlər. Parlamentdə də biz bunları səsləndiririk. Elə düşünürəm ki, artıq bununla bağlı məsələlər yəqin ki, gündəmə gələ bilər. Çünki bu artan bahalığın o insanları vurmaması, insanların lap çətinə düşməməsi üçün hansısa addımlar atılmalıdır. Sosial paketlərlə bağlı nələrsə edilməlidir. Ya onlara əlavə sosial paket verilməlidir, ya onlar üçün müəyyən güzəştlər nəzərdə tutulmalıdır. Dövlət onlara nələrisə verməlidir. Amma bütün bunların hamısı tez bir zamanda qəbul olunmalıdır ki, o insanlar da o çətinliklərdən yaxa qurtara bilsinlər və bu bahalaşma onların həyat tərzini cəhənnəmə döndərməsin”.

Deputat qeyd etdi ki, nazirliklər də hökumətə öz tövsiyyələrini bildirməlidirlər:
“Bu mənim arzumdur. Bu məsələri daim gündəmdə saxlayırıq. Bu məsələni hökumət qəbul etməlidir. Maliyyə Nazirliyi öz imkanlarını götür-qoy edib hökumətə tövsiyyəsini verməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əhalinin artan tələbatını və bahaçılığı nəzərə alaraq bununla bağlı lazımi tövsiyyələrini və təkliflərini aidiyyatı üzrə təqdim etməlidir. Hesab edirəm ki, parlamentin müvafiq komitəsi bununla bağlı onlarla bərabər hansısa məsələləri müzakirəyə çıxarmalıdır. Bu məsələlər get-gedə kəskinləşir, bahalaşma baş verir və hesab edirəm ki, bunun fonunda bu məsələlər gündəmə gəlib müzakirə ediləcək”.

Oxunub: 464
Paylaş:
Digər xəbərlər
Şou Biznes
Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Mədəniyyət
18-09-2026, 09:22
Bu gün Milli Musiqi Günüdür
16-09-2026, 15:43
Füzuli və Xankəndidəki incəsənət məktəbləri Nazirliyin tabeliyinə verildi
14-09-2026, 09:14
Azərbaycan mədəniyyəti İsveçrədə təqdim olunur
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Hadisə
Bugün, 09:44
Laçında yanğın - GÖRÜNTÜ
21-09-2026, 09:53
İş adamının nəvəsi qonşusunu güllələdi
16-09-2026, 17:11
Badamdarda yaşayış binasında partlayış, xəsarət alan var
Son xəbərlər
  • Bugün, 14:09
    Azərbaycanda 4 qız qaçırılıb
  • Bugün, 13:29
    Anım Günü tədbirləri davam etdirilir. 23.09.2026
  • Bugün, 11:29
    “Sabah”ın ev oyunlarına 104 mindən çox bilet satılıb
  • Bugün, 11:23
    Azərbaycanın vizasız rejim tətbiq etdiyi ölkələr – SİYAHI
  • Bugün, 10:32
    Bütün sosial ödənişlər sabah ödəniləcək
  • Bugün, 10:29
    YAP-ın qurultayı oktyabrın 2-də keçiriləcək
  • Bugün, 10:25
    Putin G20 sammitinə dəvət alıb - Yekun qərar hələ verilməyib
  • Bugün, 09:44
    Laçında yanğın - GÖRÜNTÜ
  • Bugün, 09:20
    Prezidentin geri qaytardığı qanunlara Parlamentdə yenidən baxacaq
  • Bugün, 09:06
    Paşinyan Nyu-Yorkda Pezeşkianla görüşdü
  • Bugün, 09:02
    Kiyevə raket hücumunda 2 nəfər ölüb, 6 nəfər yaralanıb
  • Bugün, 08:54
    Ceyhun Bayramov “Tramp marşrutu”ndan danışdı
  • Dün, 15:38
    Yeni yaradılan iş yerlərdində maaşlar daha çox olacaq - DETALLAR
  • Dün, 15:35
    Bakının bu ərazisində yaşayanlar köçürüləcək - 35 MİLYON MANAT AYRILDI
  • Dün, 15:32
    Süni mayalanma sığorta hesabına həyata keçirilə bilər
  • Dün, 14:34
    Coğrafiya dərsliklərində Qarabağ xəritələri yenilənib – Nazirlik
  • Dün, 11:43
    Martin Ryan əfv edildi - SƏRƏNCAM
  • Dün, 11:23
    İlham Əliyev yeni səfiri qəbul edib
  • Dün, 11:20
    Mərkəzi Bankın inflyasiya proqnozu
  • Dün, 11:19
    Prezident Kralı təbrik etdi
  • Dün, 11:13
    Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi - Məhkəməni uddu
  • Dün, 10:57
    Deputatların vətəndaş qəbulunun CƏDVƏLİ
  • Dün, 10:54
    Azad edilmiş ərazilərdə yeni iş imkanları yaradılacaq
  • Dün, 10:49
    Azərbaycanda yeni zavod tikiləcək
  • 22-09-2026, 17:19
    Bəzi dövlət qurumları distant iş rejiminə keçdi
  • 22-09-2026, 15:34
    Füzuli Ələkbərovun şirkətləri bir milyon borca düşdü
  • 22-09-2026, 14:49
    Prezident tapşırıq verdi: Proqram 4 ilə tam icra edilməlidir
  • 22-09-2026, 14:36
    Laçın Rayon İcra Hakimiyyətinin əməkdaşları Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər.
  • 22-09-2026, 10:45
    İran Prezidenti Amerikaya getdi
  • 21-09-2026, 16:06
    Naxçıvan Müəllimlər İnstitutu ləğv olundu
  • 21-09-2026, 14:10
    Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır - GÖRÜNTÜ
  • 21-09-2026, 10:56
    Lənkəran Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
  • 21-09-2026, 10:54
    Rusiyada seçki nəticələri açıqlanır - Putinin partiyası öndədir
  • 21-09-2026, 10:37
    Nazir ona yüksək vəzifə verdi
  • 21-09-2026, 10:34
    Ramiz Mehdiyevi mühakimə edən hakim KİMDİR...
Daha çox
18-09-2026, 21:28
Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
22-09-2026, 14:36
Laçın Rayon İcra Hakimiyyətinin əməkdaşları Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər.
Bugün, 13:29
Anım Günü tədbirləri davam etdirilir. 23.09.2026
19-09-2026, 17:34
Şəhadətlərin üçüncü ildönümündə məzarları ziyarət olundu.
18-09-2026, 09:39
Dünya birjalarında neft ucuzlaşıb
17-09-2026, 18:20
Şəhid Qorxmaz İsgəndərovun xatirəsi ehtiramla anılıb
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə