• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Azərbaycan Cənubi Qafqazda sabit, dayanıqlı inkişaf görmək istəyir.

Siyasət

18-06-2022, 23:57

Azərbaycan Cənubi Qafqazda sabit, dayanıqlı inkişaf görmək istəyir.
Azərbaycan Cənubi Qafqazda sabit, dayanıqlı inkişaf görmək istəyir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda işə başlayan IX Qlobal Bakı Forumunda 50-dən çox ölkənin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq mərkəzə çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır.
Prezident cənab İlham Əliyevin himayəsi altında "Qlobal dünya nizamına təhdidlər" mövzusuna həsr olunan və iyunun 18-dək davam edəcək Forumda qlobal dünya nizamını təhdid edən mühüm problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan tədidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr aparılır.
Qlobal Bakı Forumunun siyasi aktuallığı bu gün bəşəriyyəti ciddi çağırışlar qarşısında qoyan problemlərə kompleks şəkildə yanaşılması və bu problemləri yaradan səbəblərin bu və ya digər geosiyasi qütbün maraqlarını ifadə etmədən dilə gətirilməsidir.
Bakı Forumu çərçivəsində keçirilən ilk sessiyada Prezident cənab İlham Əliyev geniş açılış nitqində toxunulan ilk məsələlərdən biri proqnozlaşdırılması mümkün olmayan fəsadlarla müşayiət olunan dəyişikliklər olmuşdur.
"Təhlükəsizlik məsələləri beynəlxalq arenada, beynəlxalq gündəlikdə duran əsas məsələlərdən birinə çevrilib." deyən Prezident cənab İlham Əliyev vurğulamışdır ki, "Azərbaycanın Prezidenti olaraq mən ölkəmizin təhlükəsizliyi ilə bağlı məsələlər üzərində çalışıram və Qarabağ münaqişəsinin həlli, zənnimcə, regionda təhlükəsizlik üçün, regionda sülh üçün bir fürsətdir. Keçən dəfə görüşəndə mən işğal, dağıntı və xalqımızın demək olar ki, otuz il əziyyət çəkdiyi humanitar böhranla bağlı məsələyə geniş şəkildə toxundum. Bunları təkrarlamaq istəmirəm, bunlar artıq məlumdur. Çünki işğaldan azad edilmiş ərazilərdə o qədər ziyarətçilər - siyasətçilər, ictimai xadimlər, jurnalistlər, vətəndaş cəmiyyətinin nümayəndələri olublar, onlar hər şeyi, erməni işğalından sonra hansı dağıntıların qaldığını öz gözləri ilə görüblər."
Müzəffər xalq, qalib ölkə rəhbəri kimi Ali Baş Komandan, Prezident cənab İlham Əliyev çıxışında qeyd etdi ki, "Azərbaycan müharibədə qalib gəldi, müharibə ədalətli idi, müharibə labüd idi və ədalətin, beynəlxalq hüququn və Azərbaycan xalqının milli ləyaqətinin bərqərar olunması ilə nəticələndi."
İndi biz sülh haqqında danışırıq. Çünki Azərbaycan Cənubi Qafqazda sabit, dayanıqlı inkişafı görmək istəyir. Bu məsələdə Azərbaycanın iki ölkə arasında uzunmüddətli sülhlə bağlı mövqeyinin hələ də dəyişməz qaldığını bildirən cənab İlham Əliyev bu mövqeyin daim belə olmayacağını da ifadə edərək demişdir ki, əgər Ermənistan sülhə hazır olmayacaqsa, Azərbaycanın sülh təklifi masa üstündə əbədi qala bilməz.
Forumda qeyd edilmişdir ki, kommunikasiyaların açılması ilə bağlı Ermənistan 2020-ci il 10 noyabr tarixli imzalanmış Üçtərəfli Bəyanata əməl etməlidir. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə əlaqəsi olmalıdır. Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından bir il yarımdan çox vaxt keçməsinə baxmayaraq indiyədək heç bir çıxış təmin olunmayıb. Bu, Ermənistan tərəfindən Üçtərəfli Bəyanatın müddəalarının pozulmasıdır və regionda bir dizbalans yaradır. Zəngəzur dəhlizinin açılması regionda sülhün və əməkdaşlığın bərqərar olması üçün çox vacibdir. Ermənistan hökuməti İkinci Qarabağ müharibəsinin dərsini unutmamalıdır. Həmin dərsi yaxşı öyrənməli və Azərbaycana qarşı hər hansı ərazi iddialarından çəkinməlidir.
Qlobal Bakı Forumunu fərqləndirən ən önəmli cəhətlərdən biri də dünyanı ciddi çağırışlar qarşısında qoyan problemlərə kompleks şəkildə yanaşılması və əlbəttə ki, yeni yanaşmalara üstünlük verilməsidir. Prezident cənab İlham Əliyev "Qlobal dünya nizamına təhdidlər" mövzusunda IX Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı bu məqama xüsusi diqqət çəkərək bildirmişdir ki, "Forumda yeni yanaşmaların müzakirəsi indi heç vaxt olmadığı kimi zəruridir. Bu baxımdan, Forumun işində bu dəfə də bəşəriyyəti ciddi çağrışlar qarşısında qoyan problemlərin həllinə münasibətdə yeni yanaşmaların üstünlük təşkil edəcəyinə inanıram və ümid edirəm ki, Qlobal Bakı Forumu həm də bu istiqamətdə müsbət nümunə yarada biləcək."
Bu günümüzün reallığı odur ki, Azərbaycan istər regional, istərsə də qlobal layihələrə mühüm töfhə verməklə, onların keçirilməsində birbaşa rol oynayır və belə tədbirlərdə aparılan müzakirələr və fikir mübadiləsi qlobal gündəlikdə əsas yer alan məsələlərin həllində yeni yanaşmaların işlənib hazırlanmasına kömək edir.

Həbib Misirov
YAP Kəlbəcər rayon təşkilatının sədri

Oxunub: 519
Paylaş:
Digər xəbərlər

Gündəm

16-06-2022, 10:24

Prezident Qlobal Bakı Forumunda çıxış edir

Gündəm / Dünya

24-03-2022, 10:39

Daşkənddə Beynəlxalq Forum başlayıb

Şou Biznes
Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Mədəniyyət
18-09-2026, 09:22
Bu gün Milli Musiqi Günüdür
16-09-2026, 15:43
Füzuli və Xankəndidəki incəsənət məktəbləri Nazirliyin tabeliyinə verildi
14-09-2026, 09:14
Azərbaycan mədəniyyəti İsveçrədə təqdim olunur
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Hadisə
Bugün, 09:44
Laçında yanğın - GÖRÜNTÜ
21-09-2026, 09:53
İş adamının nəvəsi qonşusunu güllələdi
16-09-2026, 17:11
Badamdarda yaşayış binasında partlayış, xəsarət alan var
Son xəbərlər
  • Bugün, 19:16
    Laçın Rayon İcra Hakimiyyətində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə həsr olunmuş tədbir keçirilmişdir.
  • Bugün, 14:09
    Azərbaycanda 4 qız qaçırılıb
  • Bugün, 13:29
    Anım Günü tədbirləri davam etdirilir. 23.09.2026
  • Bugün, 11:29
    “Sabah”ın ev oyunlarına 104 mindən çox bilet satılıb
  • Bugün, 11:23
    Azərbaycanın vizasız rejim tətbiq etdiyi ölkələr – SİYAHI
  • Bugün, 10:32
    Bütün sosial ödənişlər sabah ödəniləcək
  • Bugün, 10:29
    YAP-ın qurultayı oktyabrın 2-də keçiriləcək
  • Bugün, 10:25
    Putin G20 sammitinə dəvət alıb - Yekun qərar hələ verilməyib
  • Bugün, 09:44
    Laçında yanğın - GÖRÜNTÜ
  • Bugün, 09:20
    Prezidentin geri qaytardığı qanunlara Parlamentdə yenidən baxacaq
  • Bugün, 09:06
    Paşinyan Nyu-Yorkda Pezeşkianla görüşdü
  • Bugün, 09:02
    Kiyevə raket hücumunda 2 nəfər ölüb, 6 nəfər yaralanıb
  • Bugün, 08:54
    Ceyhun Bayramov “Tramp marşrutu”ndan danışdı
  • Dün, 15:38
    Yeni yaradılan iş yerlərdində maaşlar daha çox olacaq - DETALLAR
  • Dün, 15:35
    Bakının bu ərazisində yaşayanlar köçürüləcək - 35 MİLYON MANAT AYRILDI
  • Dün, 15:32
    Süni mayalanma sığorta hesabına həyata keçirilə bilər
  • Dün, 14:34
    Coğrafiya dərsliklərində Qarabağ xəritələri yenilənib – Nazirlik
  • Dün, 11:43
    Martin Ryan əfv edildi - SƏRƏNCAM
  • Dün, 11:23
    İlham Əliyev yeni səfiri qəbul edib
  • Dün, 11:20
    Mərkəzi Bankın inflyasiya proqnozu
  • Dün, 11:19
    Prezident Kralı təbrik etdi
  • Dün, 11:13
    Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi - Məhkəməni uddu
  • Dün, 10:57
    Deputatların vətəndaş qəbulunun CƏDVƏLİ
  • Dün, 10:54
    Azad edilmiş ərazilərdə yeni iş imkanları yaradılacaq
  • Dün, 10:49
    Azərbaycanda yeni zavod tikiləcək
  • 22-09-2026, 17:19
    Bəzi dövlət qurumları distant iş rejiminə keçdi
  • 22-09-2026, 15:34
    Füzuli Ələkbərovun şirkətləri bir milyon borca düşdü
  • 22-09-2026, 14:49
    Prezident tapşırıq verdi: Proqram 4 ilə tam icra edilməlidir
  • 22-09-2026, 14:36
    Laçın Rayon İcra Hakimiyyətinin əməkdaşları Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər.
  • 22-09-2026, 10:45
    İran Prezidenti Amerikaya getdi
  • 21-09-2026, 16:06
    Naxçıvan Müəllimlər İnstitutu ləğv olundu
  • 21-09-2026, 14:10
    Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır - GÖRÜNTÜ
  • 21-09-2026, 10:56
    Lənkəran Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
  • 21-09-2026, 10:54
    Rusiyada seçki nəticələri açıqlanır - Putinin partiyası öndədir
  • 21-09-2026, 10:37
    Nazir ona yüksək vəzifə verdi
Daha çox
18-09-2026, 21:28
Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
22-09-2026, 14:36
Laçın Rayon İcra Hakimiyyətinin əməkdaşları Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər.
Bugün, 13:29
Anım Günü tədbirləri davam etdirilir. 23.09.2026
Bugün, 19:16
Laçın Rayon İcra Hakimiyyətində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə həsr olunmuş tədbir keçirilmişdir.
19-09-2026, 17:34
Şəhadətlərin üçüncü ildönümündə məzarları ziyarət olundu.
18-09-2026, 09:39
Dünya birjalarında neft ucuzlaşıb
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə