• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

"Azərbaycan sadəcə Azərbaycanda yaşayan insanların vətəni deyil" - Zahid Oruc

Siyasət

21-06-2022, 18:11

"Azərbaycan sadəcə Azərbaycanda yaşayan insanların vətəni deyil" - Zahid OrucDiaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

Azərbaycanda diaspor quruculuğu, lobbiçilik, dünya azərbaycanlılarının həmrəyliyi istiqamətində hansı işlər görülür?

Bununla bağlı Sonxeber.az-a açıqlama verən deputat Zahid Oruc bildirib ki, son on ildə xaricdə yaşayan azərbaycanlılar bir güc halında formalaşaraq yaşadıqları ölkənin ictimai,siyasi, mədəni həyatına, o cümlədən informativ məkana təsir ediblər:

"Ötən on ildə bu sahədə böyük işlər görülüb. Rəsmi dövlət qurumu yaradılması, ardınca dünyanın müxtəlif ərazilərinə səpələnmiş soydaşlarımızın ictimai,siyasi,mədəni birliyinin formalaşdırılması, onların arasında yaxın əlaqələrin qurulması istiqamətində mühüm dövlət siyasəti həyata keçirilib. Şübhəsiz ki, bütün bunlar uzun on illər ərzində həm sistemli bir kurs tələb edib, həm də maliyyə vəsaitləri o istiqamətə yönəlib. Son 30 ildə müstəqilliyimizin yaşı ərzində, Qarabağ savaşı dövründə qələbəmizdə bu amil böyük rol oynadı ki, dünyada yaşayan azərbaycanlılarla onların doğma vətəni arasında əlaqələri qurmaq hesabına ermənilərə qarşı dirəniş göstərə bildik. Bu bir reallıqdır ki, Türkiyədə Birinci Dünya müharibəsi zamanı ermənilərin məlum əməlləri nəticəsində onların köçməyə məcbur olması fonunda son 100 ildə ermənilər dünyada lobbi və diaspora quruculuğunda yetərincə böyük məsafə qət ediblər.

Onlar sistemləşiblər, təşkilatlanıblar, daimi nifrət idealları altında Türkiyə və Azərbaycana qarşı birləşiblər, maliyyə resurslarını səfərbər ediblər, dövlət rəhbərlərinin yanında yer alıblar, parlamentə seçiliblər və dünyəvi güc halına gəliblər. Armen Sarkisyan 2021-ci ildə prezident olduğu dövrdə "ermənilər kiçik dövlət, böyük dünyəvi millətdirlər" şüarını səsləndirmişdi. Bu fikrin əsasında o dayanırdı ki, müxtəlif ölkələrdə həqiqətən də güclü bir lobbi kimi formalaşa biliblər. Bunun qarşılığında son on ildə azərbaycanlıların dirəniş gücü əldə etməsi asan məsələ deyil. Nəzərə alsaq ki, bizim soydaşlarımızı birləşdirmək o qədər də asan olmurdu. Müxtəlif subyektiv amillər həmişə dövrəyə girirdi və məsələyə təsir göstərirdi. Artıq tam əminliklə deyə bilərəm ki, bu məsələdə problemlər müəyyən qədər keçmişdə qalıb. İndi artıq diaspora, xüsusilə 2 və 3-cü nəsil azerbaycanlılar və türklər dünyada bir tərəfdən özlərini assimilyasiyaya uğramaqdan qoruya bildilər, digər tərəfdən bir güc halında formalaşaraq yaşadıqları ölkənin ictimai,siyasi, mədəni həyatına, o cümlədən informativ məkana təsir etdilər. Ona görə də Prezident İlham Əliyev dünya azərbaycanlılarının qurultayını Şuşada keçirtdi. Zənnimcə bütün bunlar ona işarə idi ki, bu qələbədən sonra yeni strateji hədəflər var.
Bəlkə də müxtəlif dövlətlərin, xalqların diasporlara ehtiyacı olmaya bilər, çünki onlar bizim reallıqlardan bir qədər kənarda yaşayırlar. Onlar üçün Qarabağ məsələsi və ərazilərinə yüz illik hücumlar baş verməyib. Onlar buna ehtiyac duymurlar. Ola bilər dövlət komitələri də yoxdur. Amma bizim gerçəklikdə diaspora işi xarici siyasət kursunun ən mühüm platformalarından biri olub və elə hesab edirik ki, sonrakı dönəmdə yeni hədəflər uğrunda mübarizədə onların köməyinə ehtiyacımız olacaq.Azərbaycan sadəcə Azərbaycanda yaşayan insanların vətəni deyil, müxtəlif səbəblərdən başqa ölkələrdə məskən salan insanların da vətənidir.

İndi erməni dünyasının vahid qüvvə halında birləşməsi xeyli çətinləşib. Qarabağ savaşındakı məğlubiyyət onların da arasında parçalanmaya səbəb olub. Rusiya erməni konqresinin bir, Amerikada yaşayan ermənilərin iki, Avropadakıların üç mövqeyi var. Onların daxilində də ciddi parçalanma yaranıb. Məğlub olan ermənilər deyirlər ki, niyə diaspor erməniləri gəlib bizlə döyüşmədilər? Ona görə ermənilərdən bu anlamda nümunə götürməkdənsə, daha çox yeni hədəf və proqramlar qarşıya qoymaq lazımdır. İlk növbədə təşkilatlanmaq, siyasi qüvvə halında çıxış etmək, yaşadıqları ölkənin idarəetməsində mövqe tutmaq və s. kimi məsələlər öndə olmaq lazımdır".
"Azərbaycan sadəcə Azərbaycanda yaşayan insanların vətəni deyil" - Zahid Oruc

Material Azərbaycan Respublikasının
Medianın İnkişafı Agentliyinin maliyyə
dəstəyi ilə hazırlanmışdır.

Şəbnəm Lətifi

Oxunub: 447
Paylaş:
Digər xəbərlər

Sosial

29-05-2022, 16:38

Əfv olunan məhkumlar Qarabağa göndərilsin - Zahid Orucdan təklif

Şou Biznes
Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Mədəniyyət
18-09-2026, 09:22
Bu gün Milli Musiqi Günüdür
16-09-2026, 15:43
Füzuli və Xankəndidəki incəsənət məktəbləri Nazirliyin tabeliyinə verildi
14-09-2026, 09:14
Azərbaycan mədəniyyəti İsveçrədə təqdim olunur
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Hadisə
26-09-2026, 19:27
Ağcabədidə ağır qəza: iki qardaş öldü
24-09-2026, 09:44
Laçında yanğın - GÖRÜNTÜ
21-09-2026, 09:53
İş adamının nəvəsi qonşusunu güllələdi
Son xəbərlər
  • Dün, 12:16
    27 Sentyabr - Anım Gününə həsr edilmiş ağacəkmə aksiyası keçirilmişdir. 27.09.2026
  • Dün, 05:59
    Zəfərin ilk addımı: 27 Sentyabrdan 44 günlük tarixə
  • 26-09-2026, 19:36
    Prezident və birinci xanım Formula 1-i izləyib - YENİLƏNİB
  • 26-09-2026, 19:31
    Bəzi rayonlara dolu düşəcək, sulu qar yağacaq
  • 26-09-2026, 19:27
    Ağcabədidə ağır qəza: iki qardaş öldü
  • 25-09-2026, 15:50
    Naxçıvanın təhsil naziri vəzifəsindən azad edildi
  • 25-09-2026, 15:10
    Formula 2-də kütləvi qəza - yarışda fasilə yarandı
  • 25-09-2026, 13:36
    Həbib müəllim görüş keçirilib
  • 25-09-2026, 10:59
    Cavid Hüseynov vəzifəsindən ayrıldı - YENİ TƏYİNAT
  • 25-09-2026, 10:27
    İlham Əliyev İnvestisiya Forumu iştirakçılarına müraciət etdi
  • 25-09-2026, 09:51
    Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir
  • 25-09-2026, 09:13
    "Formula 2" Azərbaycan Qran-prisində qəza baş verib
  • 25-09-2026, 09:11
    “TikTok” 16,8 milyon dollar cərimə ödəyəcək
  • 25-09-2026, 09:09
    Ceyhun Bayramov Mirzoyanla görüşüb
  • 25-09-2026, 09:07
    Bakıda bu yollarda tıxac var - SİYAHI
  • 25-09-2026, 09:05
    Putinin və Trampın xüsusi nümayəndələri görüşüblər
  • 25-09-2026, 09:03
    2015-ci ildən doğulanlara siqaret qadağan ediləcək
  • 24-09-2026, 19:16
    Laçın Rayon İcra Hakimiyyətində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə həsr olunmuş tədbir keçirilmişdir.
  • 24-09-2026, 14:09
    Azərbaycanda 4 qız qaçırılıb
  • 24-09-2026, 13:29
    Anım Günü tədbirləri davam etdirilir. 23.09.2026
  • 24-09-2026, 11:29
    “Sabah”ın ev oyunlarına 104 mindən çox bilet satılıb
  • 24-09-2026, 11:23
    Azərbaycanın vizasız rejim tətbiq etdiyi ölkələr – SİYAHI
  • 24-09-2026, 10:32
    Bütün sosial ödənişlər sabah ödəniləcək
  • 24-09-2026, 10:29
    YAP-ın qurultayı oktyabrın 2-də keçiriləcək
  • 24-09-2026, 10:25
    Putin G20 sammitinə dəvət alıb - Yekun qərar hələ verilməyib
  • 24-09-2026, 09:44
    Laçında yanğın - GÖRÜNTÜ
  • 24-09-2026, 09:20
    Prezidentin geri qaytardığı qanunlara Parlamentdə yenidən baxacaq
  • 24-09-2026, 09:06
    Paşinyan Nyu-Yorkda Pezeşkianla görüşdü
  • 24-09-2026, 09:02
    Kiyevə raket hücumunda 2 nəfər ölüb, 6 nəfər yaralanıb
  • 24-09-2026, 08:54
    Ceyhun Bayramov “Tramp marşrutu”ndan danışdı
  • 23-09-2026, 15:38
    Yeni yaradılan iş yerlərdində maaşlar daha çox olacaq - DETALLAR
  • 23-09-2026, 15:35
    Bakının bu ərazisində yaşayanlar köçürüləcək - 35 MİLYON MANAT AYRILDI
  • 23-09-2026, 15:32
    Süni mayalanma sığorta hesabına həyata keçirilə bilər
  • 23-09-2026, 14:34
    Coğrafiya dərsliklərində Qarabağ xəritələri yenilənib – Nazirlik
  • 23-09-2026, 11:43
    Martin Ryan əfv edildi - SƏRƏNCAM
Daha çox
22-09-2026, 14:36
Laçın Rayon İcra Hakimiyyətinin əməkdaşları Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər.
Dün, 12:16
27 Sentyabr - Anım Gününə həsr edilmiş ağacəkmə aksiyası keçirilmişdir. 27.09.2026
24-09-2026, 19:16
Laçın Rayon İcra Hakimiyyətində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə həsr olunmuş tədbir keçirilmişdir.
24-09-2026, 13:29
Anım Günü tədbirləri davam etdirilir. 23.09.2026
25-09-2026, 13:36
Həbib müəllim görüş keçirilib
25-09-2026, 15:50
Naxçıvanın təhsil naziri vəzifəsindən azad edildi
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə