• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Beynəlxalq səyyahlar Xudafərin körpüsündə

Cəmiyyət

6-02-2023, 09:14

Beynəlxalq səyyahlar Xudafərin körpüsündə
Beynəlxalq səyyahlar qrupunun işğaldan azad edilmiş ərazilərə səfərinin növbəti ünvanı Cəbrayıl rayonu olub.



Xebernur.com AZƏRTAC-a istinadən xəbər verir ki, beynəlxalq səyyahlar qrupu fevralın 6-da unikal tarixi abidə olan Xudafərin körpüsünə gəlib. Səyyahlara 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun böyük qəhrəmanlığı nəticəsində azad olunan Cəbrayıl rayonu, o cümlədən Xudafərin körpüsü barədə, həmçinin Ermənistan silahlı qüvvələrinin qədim yurd yerlərimizdə törətdiyi vəhşiliklər və cinayət izləri haqqında məlumat verilib.



Bildirilib ki, ümumdünya əhəmiyyətli tarixi hadisələrlə bağlılığına, gözəl landşaftla üzvi birliyinə, yüksək memarlıq-mühəndis həlli və digər xüsusiyyətlərinə görə Xudafərin körpüləri Azərbaycan memarlığının dəyərli abidələridir. Tarixən İpək yolunun üzərində yerləşən körpülərdən biri 15, digəri 11 aşırımlıdır. XII-XIII əsrlərin yadigarı olan körpülər orta əsrlərdə Azərbaycanda yüksək sənətkarlığın inkişafından xəbər verir. Diqqətə çatdırılıb ki, digər ərazilər kimi bu yerlər də dağıntılara məruz qalıb, işğal illərində evlər talan olunub, təbiət isə məhv edilib. Burada da bir çox tarixi-dini abidələr ermənilər tərəfindən təhqir edilib, məscidlər heyvan saxlancı kimi istifadə olunub, qəbirlər qazılaraq dağıdılıb. Vurğulanıb ki, məhz işğaldan azad edildikdən sonra Şərqi Zəngəzurda həyat canlanmağa başlayıb və ölkəmiz tərəfindən mühüm layihələr üzrə işlər aparılır.



Qeyd edək ki, 30 nəfərlik heyətə 12 ölkənin - ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya, Rusiyanın səyyah elitasında yer alan nüfuzlu şəxslər daxildir.



Bu səfər bir daha azad edilmiş ərazilərdəki dağıntılara, burada aparılan quruculuq-bərpa, minatəmizləmə işlərinə beynəlxalq səyyahların marağının xeyli artdığını nümayiş etdirir. Belə ki, dünyanın əsas beynəlxalq səyyahları şəbəkələrinin - ETIC, MTP, TCC, NomadMania və əksəriyyəti bu klubların üzvləri olan türklərin birləşdiyi Türkiyə Gəzginlər Klubunun geniş tərkibdə heyətlərinin ötən 2 ildə 5 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri gerçəkləşib. Onlardan 1-i 2021-ci ildə, 4-ü 2022-ci ildə olub.



Bu isə prosesin davamı olmaqla, beynəlxalq səyyahların qrup şəklində azad edilmiş ərazilərə sayca 6-cı səfəridir. Qrupda hərb tarixi ilə yaxından maraqlanan səyyahlar, o cümlədən səyahətlər üzrə kitabları ilə tanınan müəlliflər yer alır.



Əvvəlki səfərlərdə olduğu kimi, bu dəfə də səyyahların azad edilmiş ərazilərə səfərində dünya miqyaslı azərbaycanlı səyyah Mehrac Mahmudov onlara bələdçilik edir.



Bu səfər azad edilmiş ərazilərin “dark tourism” çərçivəsində tanıdılmasında müstəsna rol oynayır. Xarici səyyahlar 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən talan edilən, 2020-ci ildə ağır döyüşlərin getdiyi, indi isə bərpa və quruculuq dövrünü yaşayan işğaldan azad edilmiş əraziləri gəzməklə reallıqlarla, o cümlədən dünyanın biznes və turizm elitasının diqqətini cəlb edən Zəngəzur dəhlizi ilə bağlı görülən işlərlə yerində tanış olmaq imkanı qazanırlar.

Oxunub: 275
Paylaş:
Digər xəbərlər

Gündəm

5-10-2022, 09:22

Cəbrayıllılar tezliklə öz yurdlarına qayıdacaqlar

Siyasət

28-11-2022, 11:33

Laçın rayonunun yol-nəqliyyat infrastrukturu.

Gündəm

24-10-2022, 17:00

"Bütün bunlar Azərbaycanın gücünü və potensialını nümayiş etdirir"

Gündəm

28-11-2022, 11:26

"Laçına da həyat yenidən qayıdır"

Gündəm

23-09-2022, 11:11

Qarabağda və Şərqi Zəngəzurda aparılan işlər dünyanı heyrətləndirir

Şou Biznes
Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Mədəniyyət
18-09-2026, 09:22
Bu gün Milli Musiqi Günüdür
16-09-2026, 15:43
Füzuli və Xankəndidəki incəsənət məktəbləri Nazirliyin tabeliyinə verildi
14-09-2026, 09:14
Azərbaycan mədəniyyəti İsveçrədə təqdim olunur
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Hadisə
30-09-2026, 14:17
Bərdədə 26 yaşlı kişi öldürüldü - şübhəli tutuldu
29-09-2026, 14:48
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanıldı
26-09-2026, 19:27
Ağcabədidə ağır qəza: iki qardaş öldü
Son xəbərlər
  • Bugün, 14:28
    Komitə sədri: "Prezident qarşıda duran vəzifələri açıqladı"
  • Bugün, 14:23
    Azərbaycanın müstəqilliyi əbədidir
  • Bugün, 14:20
    Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq
  • Bugün, 12:48
    Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib
  • Bugün, 12:46
    FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi
  • Bugün, 12:44
    Şuşada müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
  • Bugün, 10:56
    Prezident: Heydər Əliyev Qarabağda separatizmə heç vaxt imkan verməzdi
  • Bugün, 10:20
    Hikmət Hacıyev Ermənistana çağırış etdi
  • Bugün, 10:11
    Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı
  • Bugün, 10:04
    Putin: “Nəvələrim Çin dilində danışırlar, gələcəkdə tərcüməçim olacaqlar”
  • Bugün, 10:03
    Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir YENİLƏNƏCƏK
  • Bugün, 09:56
    Vətən müharibəsinin altıncı günü - Düşmənin döyüş bayrağı ələ keçirilir
  • Bugün, 09:51
    Leysan, sel, daşqın olacaq - Əhaliyə xəbərdarlıq
  • Bugün, 09:49
    Millətlər Liqasında III turun bugünkü OYUNLARI
  • Bugün, 09:46
    Azərbaycan nefti bahalaşıb
  • Dün, 22:14
    Səngəçalda balaca fidanların ilk məktəb həyəcanı – FOTO
  • Dün, 15:08
    Zaqatalada zəlzələ oldu
  • Dün, 13:49
    1 Oktyabr - Prokurorluq əməkdaşlarının peşə bayramı günü ilə bağlı tədbir keçirilmişdir.
  • Dün, 11:56
    Azərbaycanda qadın prokurorların sayı artır - RƏQƏMLƏR
  • Dün, 11:37
    İlham Əliyev: Çinlə enerji əməkdaşlığı yeni müstəviyə keçib
  • Dün, 11:35
    Prokurorluq Kürdəmirdəki zəhərlənmə ilə bağlı araşdırma aparır
  • Dün, 10:41
    Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb
  • Dün, 10:38
    Azərbaycan nefti bahalaşıb
  • Dün, 10:35
    Müəllim iş yoldaşını dərs bölgüsü üstündə döydü
  • Dün, 10:32
    Prokurorluq işçilərinin peşə bayramı günüdür
  • Dün, 10:20
    Azərbaycanda "İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi
  • Dün, 10:18
    Bakıda AQEM Media Forumu keçirilir
  • Dün, 10:16
    İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanladı
  • Dün, 09:33
    Bu gündən əsgərlər ehtiyata buraxılır
  • 30-09-2026, 16:23
    Hərbçilərin pensiyaya çıxma vaxtı dəyişir
  • 30-09-2026, 15:23
    Sumqayıtda peşə məktəbinin yerində yaşayış binası tikilir? – Rəsmi CAVAB
  • 30-09-2026, 15:20
    Beş rayonda neft-qaz axtarışı aparılacaq
  • 30-09-2026, 14:38
    Volodin Rusiya Dövlət Dumasının sədri seçildi
  • 30-09-2026, 14:17
    Bərdədə 26 yaşlı kişi öldürüldü - şübhəli tutuldu
  • 30-09-2026, 14:06
    Nazir müavini federasiya prezidenti seçildi
Daha çox
27-09-2026, 12:16
27 Sentyabr - Anım Gününə həsr edilmiş ağacəkmə aksiyası keçirilmişdir. 27.09.2026
28-09-2026, 13:58
Jurnalist Əvəz Zeynallı vəfat etdi
Dün, 13:49
1 Oktyabr - Prokurorluq əməkdaşlarının peşə bayramı günü ilə bağlı tədbir keçirilmişdir.
Dün, 22:14
Səngəçalda balaca fidanların ilk məktəb həyəcanı – FOTO
28-09-2026, 15:37
Xocavənd rayon sakini, Qarabağ qazisi Ceyhun Zeynalovdan 27 sentyabrdan xəbər yoxdur – ailəsi narahatdır
28-09-2026, 08:56
Tramp Zelenskidən Rusiyadakı neft zavodlarına zərbələri azaltmağı istəyib
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə