• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Böyük Qayıdış: Qarabağ və Şərqi Zəngəzurun yeni inkişaf modeli

Gündəm

13-07-2026, 09:43

Böyük Qayıdış: Qarabağ və Şərqi Zəngəzurun yeni inkişaf modeli
Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə hər bir səfəri yeni layihələrin təməlqoyma mərasimləri, həyata keçirilmiş layihələrin açılışı, icra olunan işlərlə tanışlıq və doğma yurdlarına qayıdan vətəndaşlarla görüşlərlə zəngin olur. Dövlət başçısının bu səfərləri uzun illər erməni işğalı nəticəsində iqtisadi və sosial baxımdan tənəzzülə uğramış, “boz zona”ya çevrilmiş ərazilərə yeni həyat, inkişaf və dinamizm gətirir.

Qarabağ və Şərqi Zəngəzur torpaqları uzun illər öz doğma sakinlərinin qayıdışını gözləyirdi. İşğal dövründə bu ərazilərin infrastrukturu dağıdılmış, iqtisadi potensialı iflic edilmiş, təbii sərvətləri talan olunmuşdu. Lakin son illər ərzində həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri nəticəsində bu torpaqlar yenidən dirçəlir, iqtisadi fəallıq artır, şəhər və kəndlər müasir inkişaf modelinə uyğun şəkildə yenidən qurulur.

Qısa müddət ərzində 10 min kvadratkilometrdən artıq ərazinin minalardan təmizlənməsi, yol-nəqliyyat infrastrukturunun, elektrik, qaz, su və rabitə xətlərinin müasir standartlara uyğun bərpası, “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyalarının tətbiqi böyük maliyyə, texniki və idarəetmə resursları tələb edən mürəkkəb prosesdir. Bu günədək 40-dan çox yaşayış məntəqəsinə 100 minə yaxın keçmiş məcburi köçkünün qayıtması dövlətimizin qarşıya qoyduğu strateji hədəflərin ardıcıl şəkildə həyata keçirildiyini göstərir.

Uzun illər müharibə şəraitində yaşayan Azərbaycanın güclü ordu quraraq 44 günlük Vətən müharibəsində torpaqlarını işğaldan azad etməsi, eyni zamanda azad edilmiş ərazilərin sürətli bərpasına başlaması böyük iqtisadi imkan və siyasi iradə tələb edirdi. Son illər ərzində dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına böyük həcmdə maliyyə vəsaitlərinin ayrılması Azərbaycanın iqtisadi gücünü və dayanıqlı inkişaf modelini bir daha nümayiş etdirir.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr yalnız bərpa xarakteri daşımır, həm də yeni iqtisadi inkişaf platformasının formalaşmasına xidmət edir. Burada yaradılan sənaye zonaları, logistika mərkəzləri, kənd təsərrüfatı layihələri, turizm infrastrukturu və alternativ enerji mənbələri regionun gələcək iqtisadi potensialını artırır, yeni iş yerlərinin yaranmasına və sahibkarlığın inkişafına geniş imkanlar yaradır.



Dövlət başçısının Laçın rayonunda Həkəri çayı üzərində yeni su anbarının təməlini qoyması da bu baxımdan mühüm strateji əhəmiyyət daşıyır. Bu layihə regionun su təminatının yaxşılaşdırılması, əhalinin dayanıqlı yaşayış şəraitinin formalaşdırılması və iqtisadi fəaliyyətin genişlənməsi baxımından mühüm rol oynayacaqdır. Eyni zamanda çaylar və su hövzələri üzərində yaradılan kiçik su elektrik stansiyaları Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” kimi inkişafına töhfə verir, ölkənin enerji təhlükəsizliyinin güclənməsində mühüm amilə çevrilir.

Prezident İlham Əliyevin 11 iyul tarixində işğaldan azad olunmuş ərazilərə növbəti səfəri çərçivəsində yenidən qurulan Şuşanın Kiçik Qaladərəsi kəndində və Xocavənd rayonunun Quzeyxırman kəndində sakinlərlə görüşləri Böyük Qayıdış siyasətinin əsas mahiyyətini bir daha nümayiş etdirdi. Dövlət başçısı bu görüşlər zamanı vurğuladı ki, həyata keçirilən bərpa-quruculuq işlərinin əsas məqsədi yalnız dağıdılmış yaşayış məntəqələrini yenidən inşa etmək deyil, eyni zamanda vətəndaşların öz doğma torpaqlarında təhlükəsiz, rahat və müasir həyat şəraitində yaşamasını təmin etməkdir.

Prezident İlham Əliyev qeyd etdi ki, işğaldan azad olunmuş ərazilərdə yaradılan yeni yaşayış məntəqələri Azərbaycanın müasir inkişaf modelinə uyğun şəkildə qurulur. Burada infrastrukturun yenidən yaradılması, sosial obyektlərin inşası, ekoloji standartların qorunması və müasir texnologiyaların tətbiqi insanların həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Kiçik Qaladərəsi və Quzeyxırman kəndlərinin yenidən qurulması da bu siyasətin real nümunələrindəndir.

Dövlət başçısı sakinlərlə görüşündə bir daha bildirdi ki, uzun illər doğma torpaqlarından ayrı düşmüş insanların qayıdışı Azərbaycanın tarixi ədaləti bərpa etməsinin ən mühüm göstəricilərindəndir. Keçmiş məcburi köçkünlərin ata-baba yurdlarına qayıtması yalnız sosial layihə deyil, həm də milli həmrəyliyin, dövlət-vətəndaş birliyinin və ölkənin gələcək inkişaf strategiyasının mühüm tərkib hissəsidir.

Bu gün sürətlə dəyişən Şuşa, tələbə şəhərinə çevrilən Xankəndi, yenidən qurulan Ağdam və Füzuli, təbiəti və turizm potensialı ilə seçilən Kəlbəcər, müasir infrastrukturu ilə diqqət çəkən Laçın, sənaye və logistika imkanları genişlənən Zəngilan və Cəbrayıl şəhərləri işğaldan azad olunmuş ərazilərin yeni simasını formalaşdırır. Bu şəhərlər yalnız yaşayış məntəqələri kimi deyil, həm də gələcəyin innovativ, iqtisadi cəhətdən fəal və ekoloji baxımdan dayanıqlı inkişaf mərkəzləri kimi qurulur.

2022–2026-cı illəri əhatə edən Böyük Qayıdışa dair Dövlət Proqramının uğurla icrası qarşıya qoyulan mühüm hədəflərin reallaşdırıldığını göstərir. Bu proqram yalnız insanların doğma yurdlarına qayıdışını deyil, eyni zamanda regionun iqtisadi reinteqrasiyasını, yeni istehsal və xidmət sahələrinin yaradılmasını, əhalinin məşğulluğunun təmin edilməsini nəzərdə tutur.

Birinci mərhələdə əldə olunan nəticələr növbəti inkişaf mərhələsi üçün möhkəm zəmin yaradıb. Yeni dövlət proqramlarının icrası ilə şəhər və kəndlərin daha sürətli bərpası, iqtisadi fəaliyyətin genişlənməsi, investisiya imkanlarının artması və keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına daha geniş miqyasda qayıdışı təmin ediləcəkdir.


Sonda qeyd etmək istəyirəm ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunan tarixi Zəfərdən sonra Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü siyasət Azərbaycanın daha da güclənməsinə, regionların hərtərəfli inkişafına və Qarabağla Şərqi Zəngəzurun ölkəmizin ən müasir iqtisadi mərkəzlərindən birinə çevrilməsinə xidmət edir.

Uzun illər işğal altında qalmış və böyük ağrı ilə baxdığımız bu torpaqlar bu gün Azərbaycanın yeni inkişaf modelini nümayiş etdirən, müasir şəhərsalma, innovasiya və iqtisadi yüksəliş nümunəsinə çevrilən bölgələrə çevrilir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini

Oxunub: 64
Paylaş:
Digər xəbərlər

Cəmiyyət / Sosial

13-08-2025, 15:20

Qarabağ iqtisadiyyatın yeni inkişaf drayverinə çevriləcək

Siyasət

9-07-2025, 11:41

Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur və dirçəliş dövrünü yaşayır.

Gündəm

20-12-2022, 09:36

Dövlət Proqramı çərçivəsində Böyük Qayıdışla bağlı müəyyən olunmuş prioritet vəzifələr

Gündəm

24-10-2022, 17:00

"Bütün bunlar Azərbaycanın gücünü və potensialını nümayiş etdirir"

Siyasət

16-03-2026, 15:26

Samir Nuriyev məmurları Xocəvənddə TOPLADI

Şou Biznes
Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Mədəniyyət
18-09-2026, 09:22
Bu gün Milli Musiqi Günüdür
16-09-2026, 15:43
Füzuli və Xankəndidəki incəsənət məktəbləri Nazirliyin tabeliyinə verildi
14-09-2026, 09:14
Azərbaycan mədəniyyəti İsveçrədə təqdim olunur
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Hadisə
30-09-2026, 14:17
Bərdədə 26 yaşlı kişi öldürüldü - şübhəli tutuldu
29-09-2026, 14:48
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanıldı
26-09-2026, 19:27
Ağcabədidə ağır qəza: iki qardaş öldü
Son xəbərlər
  • Bugün, 10:30
    Ağdamın Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verilib
  • Bugün, 10:17
    Ermənistan itkin azərbaycanlılarla bağlı bütün məlumatları təqdim etməlidir
  • Bugün, 09:40
    Bu gün Azərbaycan kubokunun oyunları başlayır
  • Bugün, 09:35
    Azərbaycanda repetitorluq edən müəllim həbs olundu
  • Bugün, 09:29
    Vens ABŞ-nin İrana şərtini açıqladı
  • Bugün, 09:27
    Yarım milyonluq qaçaqmalçılıq ifşa edildi
  • Bugün, 09:18
    Yasamalda işıq olmayacaq
  • Bugün, 09:15
    İrana qarşı sanksiyalar Azərbaycana da təsir edəcək?
  • Bugün, 09:14
    Bakıda 12 istiqamətdə tıxac var
  • Bugün, 09:11
    Millətlər Liqasında IV tura yekun vuruldu - NƏTİCƏLƏR
  • Bugün, 09:08
    9 ölkə başçısı MDB sammitində iştirakını təsdiqlədi
  • Dün, 16:25
    Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Ağcabədi şəhərində keçirilmişdir. 06.10.2026
  • Dün, 15:30
    Minimum əmək haqqı 450 manat ola bilər
  • Dün, 13:59
    Misir Mərdanov müəllimlərin maaşından danışdı
  • Dün, 13:18
    “27 Sentyabr – Anım Günü” ilə əlaqədar şəhid Abbaslı Elgin Ağayar oğlunun məzarı ziyarət edilib
  • Dün, 11:02
    Yağışlı hava ilə bağlı xəbərdarlıq
  • Dün, 10:59
    Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava olub
  • Dün, 10:58
    Tramp süni intellektlə bağlı qrup yaratdı
  • 5-10-2026, 16:31
    “İlin gənc müəllimi-2026”: “TOP-150”də seçilən MÜƏLLİMLƏR
  • 5-10-2026, 11:15
    Prezident dərman istehsalı müəssisəsinin açılışında
  • 5-10-2026, 10:23
    Ermənistana keçən hərbçi ilə bağlı kimi, hansı cəza gözləyir?
  • 5-10-2026, 10:21
    İran iqtisadi təzyiqlərə qarşı yeni tədbirlər görür - Pezeşkian
  • 5-10-2026, 10:18
    Braziliyada prezident seçkilərinin II turu keçiriləcək: iki namizəd qalıb
  • 5-10-2026, 10:10
    Bakıda bəzi yollarda sürət həddi bərpa olundu
  • 5-10-2026, 09:46
    Minimum əməkhaqqı artımı kimlərə şamil olunacaq? – VİDEO
  • 5-10-2026, 09:40
    ANS-in keçmiş işçisi bu televiziyaya direktor təyin olundu
  • 5-10-2026, 09:16
    Bu ərazilərdə işıq olmayacaq
  • 5-10-2026, 09:09
    II Qarabağ müharibəsinin ŞƏHİD MÜƏLLİMLƏRİ
  • 5-10-2026, 09:07
    Respublikaçı namizəd ABŞ prezidenti olmaq istəyir
  • 5-10-2026, 09:02
    Millətlər Liqasında IV tur - 8 oyunun NƏTİCƏSİ
  • 5-10-2026, 08:57
    Bakının bu yollarında tıxac var - SİYAHI
  • 5-10-2026, 08:55
    Bu gün Beynəlxalq Müəllimlər Günüdür
  • 4-10-2026, 20:41
    Tramp süni intellektlə bağlı qrup yaratdı
  • 4-10-2026, 20:38
    Gəmi qəzasında ölənlərin sayı 20-ə çatdı
  • 4-10-2026, 20:34
    Azərbaycan millisi Litvanı məğlub edərək lider oldu
Daha çox
3-10-2026, 12:11
“Gold Məkan” MMC-nin direktoru məhkəmə zalında həbs edildi – Nuranə Abdullayeva ilə bağlı məhkəmə şikayəti də gündəmdə olub
1-10-2026, 22:14
Səngəçalda balaca fidanların ilk məktəb həyəcanı – FOTO
3-10-2026, 12:19
“Gold Məkan” tikinti şirkətinin direktoru həbs olunub
1-10-2026, 13:49
1 Oktyabr - Prokurorluq əməkdaşlarının peşə bayramı günü ilə bağlı tədbir keçirilmişdir.
Dün, 16:25
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Ağcabədi şəhərində keçirilmişdir. 06.10.2026
5-10-2026, 09:40
ANS-in keçmiş işçisi bu televiziyaya direktor təyin olundu
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə