• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Millət vəkili Aqil Məmmədov: “Qafqazın Xirosiması” simasını dəyişir”

Siyasət

20-11-2023, 11:22

Millət vəkili Aqil Məmmədov: “Qafqazın Xirosiması” simasını dəyişir”
Noyabrın 20-də Ağdam şəhərinin erməni işğalçılarından təmizlənməsindən üç il ötür. Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il noyabrın 20-də Ağdam Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək.
“Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın” – 20 noyabr – Ağdam şəhəri günü ilə əlaqədar “Atributinfo.az” saytına müsahibə verən Milli Məclisin deputatı Aqil Məmmədov söhbətinə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Ağdam haqqında dediyi sözlərdən gətirdiyi sitatla başladı. Sonra isə rayon haqqında aşağıdakı məlumatları xatırlatdı:
- Ağdam rayonu 1930-cu ildə yaradılıb. Rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ağdam rayonu Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. “Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada “Ağdam” – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir.
Millət vəkili Ağdamın ermənilər tərəfindən işğalı ilə bağlı verilən suala cavab olaraq danışaraq bildirib:
"Ağdam uğrunda 42 gün davam edən döyüş 1993-cü il 23 iyul tarixində Ağdam ərazisinin 73 faizinin işğalı ilə bitdi. Döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın demək olar bütün rayonlarında məskunlaşmışdır. Ağdamın işğalı ilə bağlı dünya ictimaiyyəti yekdil mövqe ifadə etmiş, ATƏT-in Minsk qrupunun 9 ölkəsi adından bu “hücum qətiyyətlə pislənmiş”, işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış edilmişdir. Lakin Ermənistan tərəfi beynəlxalq qanunlara tabe olmaqdan yayınmış, Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törətmişdir. Ağdamı xarici və yerli jurnalistlər “Qafqazın Xirosiması” adlandırıblar. İşğaldan azad olunmuş Ağdam erməni vandalizmin şahididir. Ermənistan qəsdən mədəni və dini abidələrimzi vandalizmə məruz qoymuş, təhqir və qarət etmişdir."
Parlament üzvü Vətən müharibəsi nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisinin Azərbaycana təhvil verilməsini və bununla da əsaslı şəkildə insan tələfatının qarşısının alınmasını Azərbaycanın həm də siyasi müstəvidə qazandığı Qələbə kimi şərh edib:
- 2020-ci il sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin cəbhədəki təxribatının qarşısını alan Azərbaycan Ordusu əks-hücumla bir neçə rayonu, yüzlərlə kənd və qəsəbəni, strateji yüksəkliyi düşməndən azad edib. İşğaldan azad olunan şəhər və kəndlərimizdə, qəsəbələrimizdə üçrəngli bayrağımızın ucaldılması ilə nəticələnən 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun qələbəsi ilə başa çatıb. İşğalçı erməni silahlı birləşmələri ordumuzun dəfedilməz hücumu qarşısında tab gətirə bilməyərək xeyli itki ilə geri çəkiliblər. Bununla yanaşı, düşmənin minlərlə canlı qüvvəsi, hərbi texnikası məhv edilib. Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycan Ordusu qarşısında müqavimət göstərməyin faydasız olduğunu anlayaraq kapitulyasiya sənədinə imza atmağa məcbur olub. Beləliklə, 10 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ münaqişəsi zonasında atəş və bütün hərbi əməliyyatlar tam dayandırılıb. Bəyanatın ikinci bəndinə əsasən, 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu Azərbaycana qaytarılıb. Bununla da 27 il işğal altında olan Ağdam şəhəri qəsbkarlardan azad edilib, həmin gün Azərbaycan Ordusunun bölmələri rayona daxil olub və orada bayrağımız ucaldılıb.
2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medal təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5790 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Deputat əminliklə bildirib ki, “Qafqazın Xirosiması” artıq simasını dəyişir və Ağdam Prezident İlham Əliyev dediyi kimi, öz əvvəlki şöhrətini qaytaracaqdır:
" Prezident İlham Əliyev Ağdam rayonunun yeni inkişaf dövründə sürətlə həyata keçirilən bərpa-quruculuq işlərini nəzarətdə saxlayır, işğaldan azad olunmuş bütün şəhər və rayonlara olduğu kimi, Ağdama da hər il bir neçə dəfə səfər edir, görülən işlərlə şəxsən tanış olur. Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Ağdama ilk səfəri 2020-ci il noyabr ayının 23-də baş tutmuş, səfər Ağdam şəhərində Dövlət Bayrağının ucaldılması və dağıdılmış Ağdam Cümə məscidini ziyarətlə əlamətdar olmuşdur.
Dövlət başçısının Ağdam şəhərinə Qələbə sonrası ikinci səfəri 2021-ci il may ayının 28-nə - Müstəqillik Gününə (köhnə adı Respublika Günü-red.) təsadüf etmişdir. Həmin gün Ağdam şəhərinin Baş Planı ictimaiyyətə təqdim olunmuş, Prezident İlham Əliyev Bərdə-Ağdam avtomobil yolunun, Ağdam şəhərində ilk yaşayış binasının, Ağdam Sənaye Parkının, Ağdamda Zəfər muzeyi və açıq hava altında İşğal muzeyinin, Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlqoyma mərasimlərində, Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimində, Ağdam şəhər meşə-parkında dağdağan ağaclarının əkilməsində iştirak etmiş, Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksi ilə, Qiyaslı məscidi ilə, Şahbulaq qalası ilə tanış olmuşdur.
13 fevral 2022-ci il tarixli üçüncü səfərdə Prezident İlham Əliyev Ağdam Sənaye Parkında iki müəssisənin, “Park Forest Otel Ağdam” mehmanxanasının, Yeni yaşayış kompleksinin, 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməlini qoymuş, Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi ilə, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahında yaradılan şəraitlə, Qarabağ xanlarının türbələri və yaşayış evi - İmarət kompleksi ilə tanış olmuşdur.
Ölkəmizin rəhbəri 4 oktyabr 2022-ci il tarixdə Ağdama növbəti səfərində Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin, Xıdırlı, Sarıcalı və Kəngərli kəndlərinin, növbəti yaşayış məhəlləsinin, Ağdam şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin, Dəmir yolu və Avtovağzal Kompleksinin, “City Hotel Agdam” mehmanxanasının təməlqoyma mərasimlərində, Xurşidbanu Natəvanın abidəsinin açılışında iştirak ertmiş, Bərdə-Ağdam avtomobil yolunda aparılan işlərlə, Pənahəli xanın sarayı və İmarət Kompleksi ilə tanış olmuşdur.
Prezident İlham Əliyev Ağdama 15 oktyabr 2023-cü il tarixli səfəri zamanı Ağdam-Füzuli avtomobil yolunun tikintisi işlərinin gedişi ilə tanış olmuşdur. Cənab İlham Əliyev ilk dəfə Prezident seçilməsinin 20 illiyinin tamam olduğu həmin gün Xankəndində Azərbaycan bayrağını ucaltdı."-Aqil Məmmədov bildirib.

Oxunub: 279
Paylaş:
Digər xəbərlər

Gündəm

20-11-2023, 07:28

Bu gün Ağdam Şəhəri Günüdür

Gündəm

20-11-2022, 06:11

Ağdamın işğaldan azad edilməsindən 2 İL KEÇİR

Hadisə

14-08-2023, 09:38

Ağdam sakini Balakəndə yıxılıb ÖLDÜ

Şou Biznes
Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Mədəniyyət
18-09-2026, 09:22
Bu gün Milli Musiqi Günüdür
16-09-2026, 15:43
Füzuli və Xankəndidəki incəsənət məktəbləri Nazirliyin tabeliyinə verildi
14-09-2026, 09:14
Azərbaycan mədəniyyəti İsveçrədə təqdim olunur
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Hadisə
30-09-2026, 14:17
Bərdədə 26 yaşlı kişi öldürüldü - şübhəli tutuldu
29-09-2026, 14:48
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanıldı
26-09-2026, 19:27
Ağcabədidə ağır qəza: iki qardaş öldü
Son xəbərlər
  • Bugün, 10:30
    Ağdamın Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verilib
  • Bugün, 10:17
    Ermənistan itkin azərbaycanlılarla bağlı bütün məlumatları təqdim etməlidir
  • Bugün, 09:40
    Bu gün Azərbaycan kubokunun oyunları başlayır
  • Bugün, 09:35
    Azərbaycanda repetitorluq edən müəllim həbs olundu
  • Bugün, 09:29
    Vens ABŞ-nin İrana şərtini açıqladı
  • Bugün, 09:27
    Yarım milyonluq qaçaqmalçılıq ifşa edildi
  • Bugün, 09:18
    Yasamalda işıq olmayacaq
  • Bugün, 09:15
    İrana qarşı sanksiyalar Azərbaycana da təsir edəcək?
  • Bugün, 09:14
    Bakıda 12 istiqamətdə tıxac var
  • Bugün, 09:11
    Millətlər Liqasında IV tura yekun vuruldu - NƏTİCƏLƏR
  • Bugün, 09:08
    9 ölkə başçısı MDB sammitində iştirakını təsdiqlədi
  • Dün, 16:25
    Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Ağcabədi şəhərində keçirilmişdir. 06.10.2026
  • Dün, 15:30
    Minimum əmək haqqı 450 manat ola bilər
  • Dün, 13:59
    Misir Mərdanov müəllimlərin maaşından danışdı
  • Dün, 13:18
    “27 Sentyabr – Anım Günü” ilə əlaqədar şəhid Abbaslı Elgin Ağayar oğlunun məzarı ziyarət edilib
  • Dün, 11:02
    Yağışlı hava ilə bağlı xəbərdarlıq
  • Dün, 10:59
    Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava olub
  • Dün, 10:58
    Tramp süni intellektlə bağlı qrup yaratdı
  • 5-10-2026, 16:31
    “İlin gənc müəllimi-2026”: “TOP-150”də seçilən MÜƏLLİMLƏR
  • 5-10-2026, 11:15
    Prezident dərman istehsalı müəssisəsinin açılışında
  • 5-10-2026, 10:23
    Ermənistana keçən hərbçi ilə bağlı kimi, hansı cəza gözləyir?
  • 5-10-2026, 10:21
    İran iqtisadi təzyiqlərə qarşı yeni tədbirlər görür - Pezeşkian
  • 5-10-2026, 10:18
    Braziliyada prezident seçkilərinin II turu keçiriləcək: iki namizəd qalıb
  • 5-10-2026, 10:10
    Bakıda bəzi yollarda sürət həddi bərpa olundu
  • 5-10-2026, 09:46
    Minimum əməkhaqqı artımı kimlərə şamil olunacaq? – VİDEO
  • 5-10-2026, 09:40
    ANS-in keçmiş işçisi bu televiziyaya direktor təyin olundu
  • 5-10-2026, 09:16
    Bu ərazilərdə işıq olmayacaq
  • 5-10-2026, 09:09
    II Qarabağ müharibəsinin ŞƏHİD MÜƏLLİMLƏRİ
  • 5-10-2026, 09:07
    Respublikaçı namizəd ABŞ prezidenti olmaq istəyir
  • 5-10-2026, 09:02
    Millətlər Liqasında IV tur - 8 oyunun NƏTİCƏSİ
  • 5-10-2026, 08:57
    Bakının bu yollarında tıxac var - SİYAHI
  • 5-10-2026, 08:55
    Bu gün Beynəlxalq Müəllimlər Günüdür
  • 4-10-2026, 20:41
    Tramp süni intellektlə bağlı qrup yaratdı
  • 4-10-2026, 20:38
    Gəmi qəzasında ölənlərin sayı 20-ə çatdı
  • 4-10-2026, 20:34
    Azərbaycan millisi Litvanı məğlub edərək lider oldu
Daha çox
3-10-2026, 12:11
“Gold Məkan” MMC-nin direktoru məhkəmə zalında həbs edildi – Nuranə Abdullayeva ilə bağlı məhkəmə şikayəti də gündəmdə olub
1-10-2026, 22:14
Səngəçalda balaca fidanların ilk məktəb həyəcanı – FOTO
3-10-2026, 12:19
“Gold Məkan” tikinti şirkətinin direktoru həbs olunub
1-10-2026, 13:49
1 Oktyabr - Prokurorluq əməkdaşlarının peşə bayramı günü ilə bağlı tədbir keçirilmişdir.
Dün, 16:25
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Ağcabədi şəhərində keçirilmişdir. 06.10.2026
5-10-2026, 09:40
ANS-in keçmiş işçisi bu televiziyaya direktor təyin olundu
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə