8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə idarəyə tabeli müəssisələrdə tədbirlər keçirildi
Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinə tabeli müəssisələrdə 8 Mart münasibətilə tədbirlər təşkil edilib. Tədbirlərdə şəhid anaları və xanımları, döyüşlərdə sağlamlığını itirmiş hərbiçilərin ömür-gün yoldaşları, mədəniyyət müəssisələrində çalışan qadınlar iştirak ediblər. Tədbirlərin rəsmi hissəsində xanımlar təbrik edilib, onlara qadın xoşbəxtliyi, sağlamlıq, işlərində müvəffəqiyyətlər arzu edilib. Tədbirlər konsert proqramları ilə davam etdirilib Dovletxeberleri