Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov “Murov qartalı” ləqəbli əfsanəvi kəşfiyyatçı, şəhid polkovnik-leytenant Raquf Orucovun övladı ilə görüşüb.
Zakir Fərəcov şəhid polkovnik-leytenant Raquf Orucovun oğlu Nihad Oruclunu tələbə adını qazanması münasibəti ilə təbrik edib, ona xoş arzularını çatdırıb, gələcək həyatında uğurlar arzulayıb.